backend

Sürücülərin diqqətinə - Təhlükə

Sürücülərin diqqətinə - Təhlükə
Duman yollarda hərəkəti çətinləşdirib
Qatı duman səhər saatlarından etibarən Bakı-Qazax avtomobil magistralında hərəkəti çətinləşdirib. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, xüsusilə magistralın Ağstafa, Tovuz və Şəmkir rayonları ərazisindən keçən hissəsində görmə məsafəsi azalıb. Tovuzda səhər saatlarından etibarən müşahidə olunan duman günün ikinci yarısına kimi davam edib. Yanvar-fevral aylarında Tovuzda daha çox gecə saatlarında qatı duman sürücülərin hərəkətini məhdudlaşdırırdısa, bu dəfə təbiət hadisəsi günün işıqlı vaxtı da müşahidə edilib.