backend

Manata “aprel zərbəsi”: 1 dollar 2 AZN olacaq...-ŞOK

Manata “aprel zərbəsi”: 1 dollar 2 AZN olacaq...-ŞOK
Üçüncü devolvasiyanın olacağı və manatın dollar qarşısında yenə də dəyərdən düşəcəyi haqda narahatlıqlar artmaqdadır

Politika.Az xatırladır ki, arxada qoyduğumuz 2015-ci ildə Azərbaycan manatı dollar və avroya nisbətdə iki dəfə kəskin ucuzlaşdı. 21 fevral 2015-ci il devalvasiyasından sonra 21 dekabr 2015-ci il tarixində manat ikinci dəfə dəyərdən düşdü. Birinci devalvasiyada manat 33% dəyərdən düşmüşdürsə, ikinci devalvasiya milli valyutamızı 50%-ə yaxın ucuzlaşdırdı.

Politika.Az-ın əldə etdiyi məlumatda isə aprel ayında növbəti devolvasiyaya şahidlik edəcəyimiz bildirilir. Daxil olan informasiyaya görə, apreldə müşahidə olunacaq devolvasiya 21 fevral devolvasiyası qədər ağrılı olmayacaqsa da manat dollara nisbətdə əhəmiyyətli şəkildə ucuzlaşacaq.

1 ABŞ dollarının 2 AZN-ə qədər bahalaşacağını iddia edən mənbəmiz bunun aprel ayına qədər tədricən reallaşacağı düşüncəsindədir.

Xatırladaq ki, hazırda 1 ABŞ dolları 1.66 AZN civarında təqdim olunur. Bəzi banklarda isə dolların satış qiyməti 1.75 AZN-ə yaxınlaşır. Bu isə aprel ayına qədər dolların 2 manata qədər yüksələ biləcəyi ehtimalını gücləndirir.
QAYNARXETT.İNFO