backend

BU DA azərbaycanlı oğlanla erməni qızının rəqsi...-- (VİDEO)

BU DA azərbaycanlı oğlanla erməni qızının rəqsi...-- (VİDEO)

Azərbaycanın torpaqlarını işğal altında saxlayan ermənilər millətimizin ən qatı düşmənləridir. Azərbaycanın hüdudlarından kənarda kənarda yaşayan bəzi soydaşlarımız isə ermənilərlə düşmən olmağımıza baxmayaraq, bir sıra hallarda üzdəniraq millətin nümayəndələrilə sıcaq münasibətləri davam etdirilər.

Xüsusilə Rusyada yaşayan bir çox azərbaycanlılarla ermənilərin isti münasibətlərinə dair faktlar mövcuddur. Elə aşağıdakı videoda da azərbaycanlı ilə erməninin isti münasibəti görüntülənib.

Moskvada lentə alınan bu videokadrda azərbaycanlı gənc erməni qızı ilə “Ləzginka” rəqsini oynayır. Ətrafda onlara əl çalanlar da əslən Qafqaz xalqlarının nümayəndələridir – azərbaycanlılar, ermənilər, gürcülər, ləzgilər, avarlar və s...

İnternetdə yerləşdirilən bu videoya artıq 750 minə yaxın izləyici baxıb. Yəqin az bir müddətdə baxış sayı 1 milyona çatacaq... "Youtube" sosial şəbəkəsində yerləşdirilən videolentə yüzlərlə şərh yazılıb. Söyüş, təhqir, tərif, qınaq... Təəssüf...