backend

Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL

Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL

Samir Şərifov kompromat savaşı içində, iki namizəd şanslarını tamam itiriblər, Vasif Talıbovun isə Bakıya yerləşmək istəyinin olmadığı deyilir

Uzun müddətdən bəri Azərbaycanda baş nazirin kim olacağı barədə müzakirələr aparılır. İndiyə qədər mətbuat dəfələrlə baş nazir Artur Rəsizadənin istefa ərizəsi yazdığını, işdən çıxarıldığını və sairi yazıb. Lakin hakimiyyət bu günə qədər 81 yaşlı hökumət başçısını nə işdən çıxarır, nə də onun yerinə başqasını təyin edir.
KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ?
Politika.Az xəbər verir ki, hazırda bu post uğrunda amansız mübarizə gedir. Elə bir mübarizə ki, artıq tərəflər bir-birlərinə qarşı sonuncu silahlarından istifadə edirlər. Məsələn, maliyyə naziri Samir Şərifovun üç ölkənin kəşfiyyatına işləməsi barədə məlumatın gündəmə gətirilməsi bunun əyani sübutlarından biridir. Çünki Şərifov hazırda baş nazir postuna əsas namizədlərdən biridir.
KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ?
Düzdür, onun şansları digərlərinə nisbətdə elə də çox deyil. Bəli, Samir Şərifov maliyyə naziri olduğu dönəmdə ciddi səhvlərə yol verməsə də, apardığı siyasətdə ciddi yanlışların olduğu üzə çıxmağa başlayıb. Amma üstün cəhətləri də var. Onun iddialı biri olmadığı məlumdur. Həmçinin dövlət başçısının da tələbə yoldaşı olması imkanlarını artırır.
KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ?
Amma digər namizədlər də şanssız deyillər. Hərçənd bu posta əsas namizədlərdən biri kimi prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun adı çəkilirdi. Lakin Binəqədi rayonunda binanın yanması, ardından üzlük biznesində milyardlarla vəsatin silinməsi, ən əsası isə sabiq MTN şefi Eldar Mahmudovun zamini kimi çıxış etməsi onun karyerasının sonunu gətirməyə başlayıb. Yəni, Əsədovun baş nazir olmaq imkanları sıfra bərabərdir.
KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ?
Politika.Az bildirir ki, baş nazirlik şansını itirmiş məmurlardan biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Son dövrlər bütün səlahiyyətləri əlindən alınan nazirin, hakimiyyət elitasında da nüfuzdan düşdüyü gizlin hesab edilmir. Düzdür, Məmmədov maksimum dərəcədə çalışır ki, əvvəlki etimadını bərpa etsin. Hətta bunun üçün bəzi addımlar da atır. Lakin onun öncəki nazir olacağı inandırıcı deyil. Heç mümkün də görünmür.
KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ?
Bir digər namizəd olaraq, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da adı çəkilir. Politika.az xəbər verir ki, siyasi iddiası olmayan Talıbovun baş nazir olması məsələsi artıq özünə bağlı işdir. Çünki böyük əksəriyyət o fikirdədir ki, o, Naxçıvanı buraxıb, Bakıya yerləşməyi qəbul etməz.
KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ?
Qeyd edək ki, hakimiyyətin baş nazir postu ilə bağlı mövqeləri və taktikaları fərqli ola bilər. Hətta mümkündür ki, bu posta heç kimin gözləmədiyi birini gətirsinlər. Məsələn, parlamentin spikeri Oqtay Əsədovu. Ona görə ki, indiki hakimiyyət həmişə kadr siyasətində sağ deyil, sol vurmaqda ad çıxarıb. Elə baş nazir məsələsində də belə bir taktika izləyəcəyi daha çox inandırıcı görünür.
Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL
Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL
Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL
Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL
Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL
Artur Rəsizadə «erası» bitdi: KİM ÖLKƏNİN İKİNCİSİ OLACAQ? - ÖZƏL