backend

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin 15 mart 2016-cı il tarixindən Koreya Respublikasının Seul şəhərinə səfəri başlayıb.

Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən bildirilir ki, martın 18-dək davam edəcək səfər çərçivəsində Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlər keçiriləcək. Bu görüşlər zamanı qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında ”Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsi və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulur.

qaynarxett.az