backend

İsmayıllıda əlil və kimsəsiz uşaqlara yardım edilib--VİDEO

İsmayıllıda əlil və kimsəsiz uşaqlara yardım edilib--VİDEO
Novruzun gəlişi ilə əlaqədar İsmayıllıda əlil və kimsəsiz uşaqlarla görüş keçirilib, onlara yardım və bayram sovqatı paylanılıb. İsmayıllıda əlil və kimsəsiz uşaqlarının sevincinin həddi-hüdudu yox idi. Bayram günlərində yad olunduqları üçün özlərini xoşbəxt sayırdılar. Digər insnlarla müqayisədə diqqət, qayğı, nəvəzişə daha çox ehtiyac duyan bu insanlar bir daha tək olmadıqlarına, sevildiklərinə əmin olublar. Belə bir gündə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və şəhər 1 saylı orta məktəbin kollektivi əlil və kimsəsiz uşaqların sevincinə şərik olub. Onlara ərzaq, bayram şirniyyatları paylanılıb. Xeyirxah aksiya bayram sovqatının verilməsilə yekunlaşmayıb. Uşaqlar üçün müxtəlif musiqilər ifa olunub. Hamı birlikdə rəqs edib, əylənib. Valideynlər də öz növbəsində bu xeyirxah aksiyanı yüksək qiymətləndirib, əlil və kimsəsiz uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər. Belə aksiyaların mütəmadi olaraq keçiriləcəyi bildirilir.