backend

Şou-biznesin küsülü məşhurları -SİYAHI

Şou-biznesin küsülü məşhurları -SİYAHI

Novruz bayramına sayılı günlər qalıb və hər il bu bayramda küsülülər barışır. Şou-biznes aləmində isə bir-birindən küsülü olan məşhurların sayı az deyil.

Milli.Az siyahını təqdim edir:

Xalq artisti Aygün Kazımova şou-biznesdə bir çox ifaçılarla küsülüdür. A.Kazımova illərdirNatavan Həbibi ilə danışmır.

Xalq artistinin küsülü olduğu digər həmkarı isə Brilliant Dadaşovadır. Buna səbəb B.Dadaşovanın A.Kazımovanın Türkiyə şou-biznesinə qatılmasını tənqid etməsi olub.

Xalq artisti Brilliant Dadaşova ilə müğənni Elton Hüseynəliyev arasında soyuq yel əsir. Belə ki, verilişlərin birində E.Hüseynəliyev xalq artistini "paxıl sənətçi" adlandırdı. Brilliant Dadaşovanın aktrisa bacısı Sədaqət Dadaşova bacısını müdafiə etdi: "Elton kimilər çoxdur", - dedi.

A.Kazımovanın bu yaxınlarda rəqqasə Fatimə Fətəliyeva ilə qalmaqal yaşadı. F.Fətəliyeva xalq artisti barədə "onun hərəkətlərinə görə bizə də pis baxırlar deməsi" A.Kazımovanı özündən çıxardı. Sonradan dediklərini inkar edən F.Fətəliyevaya xalq artisti sillə kimi cavab verdi: "Bu cümləni ağzından çıxarırsan, arxasında dur".

Əməkdar artist Röya Ayxan müğənni Elton Hüseynəliyevlə küsülüdür. Bu yaxınlarda E.Hüseynəliyev R.Ayxanla danışmasa da, onun səsini və ifasını bəyəndiyini açıqladı.

Eyni zamanda, Röya Ayxanla Natəvan Həbibi arasında da soyuq münasibətlər hökm sürür. Bu yaxınlarda N.Həbibi Röya Ayxanla bağlı qalmaqallı açıqlama da vermişdi. "W-trio" vaxtı qızların ona "çuşka" dediklərini açıqlayan Röya Ayxan "Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay...(gülür). İngilis dilini bilməklə deyil ki" sözlərinə Natəvan cavabsız qalmadı: "Biz indi də ona çuşka deyirik", - şəklində açıqlama verdi.

Əməkdar artist bu ilin əvvəllərində aktrisa Məlahət Abbasova ilə də qalmaqal yaşadı. "50 il gedib Türkiyədə oturublar, əllərində süpürgə tutmaqdan başqa bir iş görməyiblər", - deyən Röya M.Abbasovaya meydan oxudu. Hazırda sənətçilər danışmırlar.

Müğənni Xatun Əliyeva ilə xanəndə Elnarə Abdullayeva arasında da inciklik var. Verilişlərin birində X.Əliyeva E.Abdullayevanın ona qarşı etdiyi sayğısızlıqdan söz açdı və hazırda məşhurlar danışmırlar. X.Əliyeva E.Abdullayevanın adını belə çəkmək istəmir.

Müğənni Nazəninlə Təranə Qumral arasında qalmaqal hələ də hökm sürür. Sənətçilər arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişindən başlayıb. T.Qumral verilişdə Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırıb.

Rəqqasə Oksana Rəsulova həmkarı Fatimə Fətəliyeva ilə danışmır. Rəqqasələr arasında birincilik uğrunda daim mübarizə gedir.

Xalq artisti Flora Kərimova müğənni Natəvan Həbibi ilə aralarında "aysberq" olmasından danışdı. F.Kərimova bildirdi ki, N.Həbibi olan yerdə mən üşüyürəm, ona isinə bilmirəm. N.Həbibi isə xalq artistinin bu dediklərini təsdiqlədi: "Əgər soyuqluq varsa, yəqin, onu çatdırmağı bacarıram. Kimə qarşı soyuğamsa, onu bildirməyə çalışıram". Hazırda da bu soyuqluq hökm sürür.

Müğənni Xatirə İslam ilə xanəndə Elnarə Abdullayeva da bu il qalmaqal yaşayan məşhurlardan oldu. Xatirə İslam verilişlərdən birində "Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, "Yox-yox, müğənni qız almaram" deyərək əməkdar artist Elnarə Abdullayevaya söz atıb. Amma bu küsülülük tezliklə bitdi, məşhurlar barışdılar.

Əməkdar artist Elza Seyidcahanla prodüser Tolik arasında da qalmaqal baş verdi. Tolikin Elza Seyidcahanın "Qadın nə istəyir" şeirini paylaşıb məsxərəyə qoyması onu özündən çıxardı və Toliki təhqir etdi. Sonradan isə bu məşhurları xalq artisti Aygün Kazımova barışdırdı.

Şou-biznesin digər nümayəndəsi Sevda Yahyayeva ilə müğənni Natəvan Həbibi arasında da soyuqluq var idi, amma hər iki məşhur bu küsülülüyü ötən günlərdə aradan qaldırdı. S. Yəhyayeva ilə Natəvan Həbibi verilişlərin birində öpüşüb-qucaqlaşdılar.

Ümid edirik ki, bu Novruz bayramında adını çəkdiyimiz digər məşhurlar da küsülülüyə son qoyub, barışacaqlar.