backend

Bakının Nizami rayonunda Novruz şənliyi təşkil olunub

Bakının Nizami rayonunda Novruz şənliyi təşkil olunub
Bakənın Nizami rayonunda Novruz Bayramına həsr olunmuş tədbir keçirilib.

Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Bağı Park-Bulvarda keçirilən bayran tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Qonaqların razılıq hissi ilə izlədikləri tədbirdə orta məktəb şagirdlərinin əl işləri və Novruz xonçaları nümayiş olunub. Milli musiqi nümunələrilə müşayət olunan tədbirdə rayon idmançıları öz məharətlərini göstəriblər.
Fərqlənmiş idmançılara Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov tərəfindən xatirə hədiyyələri təqdim olunub./qaynarxett.az/