backend

Mirdaməd Sadıqovun İsmayıllılara - Novruz təbriki

Mirdaməd Sadıqovun İsmayıllılara  - Novruz təbriki

Novruz bayramı münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rayon sakinlərinə təbriki


Əziz İsmayıllılar!

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müqəddəs Novruzu ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Novruzu dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır.


Novruzun gəlisi İsmayıllılar üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır.Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan payon sakinləri iqtisadiyyatin butun sahələriədə dinamik inkişafa nail olmusalar. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində İsmayıllı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.


Hörmətli rayon sakinləri! Sizi əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram. Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Mirdaməd Sadıqov
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı