backend

Sosial Müdafiə Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyev bunu da etdi - ŞOK KORRUPSİYANIN TƏFƏRRÜATI

Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə direktor təyin olunan Gülnarə Salahova haqdaınDA elektron poçtumuza material daxil olub.
Sosial Müdafiə Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyev bunu da etdi - ŞOK KORRUPSİYANIN TƏFƏRRÜATI
Qarşı tərəfin də öz mövqeyini ifadə etmək hüququnu tanıyaraq həmin materialı olduğu kimi diqqətinizə çatdırırıq: "Gülnarə Salahova adı çoxlarına Yasamal rayon ƏSMM-dən tanışdır. Yasamal rayon ƏSMM-də işlədiyi dövrdə daha çox mərkəzin baş mühasibi Cəfərov İlkinlə birlikdə idarədə korrupsiya şəbəkəsi quraraq, kasıb insanların, əlil və kimsəsizlərin yardımlarını qanunsuz şəkildə mənimsəməsi ilə ad çıxarıb.

Gülnarə Salahova 2014-cü ilin may ayında Yasamal rayon ƏSMM-yə qanunsuz olaraq müqavilə ilə direktor müavini təyin olunub.

Həmin ilin oktyabr ayında Yardımlı rayonu üzrə elan olunan müsahibədə iştirak edib, lakin qanunsuz Yasamal rayon ƏSMM-yə rəsmiləşdirilib. İşə başlayan kimi mərkəzdə korrupsiya şəbəkəsi qurmağa başlamış və qısa müddətdə himayədarı Nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin dəstəyi ilə keçmiş direktorun işdən çıxarılmasına nail olmuş və özünü direktor əvəzi təyin etdirib.

Direktor əvəzi işləyəndə işçilərə göstəriş verərək, ünvanlı sosial yardım alan vətəndaşlardan yardım kartlarını aldırmışdır. Bununla, ayda on minlərlə manat ünvanlı sosial yardım pulunu asan şəkildə mənimsəmişdir. Yardımlarının 8-9 ayının mənimsəməsinə etiraz edərək Nazirliyə üz tutan vətəndaşların çoxsaylı şikayətləri əsasında Nazirlikdən mərkəzə yoxlama göndərilib. Yoxlama mərkəzin 4 işçisində vətəndaşlara aid ünvanlı sosial yardım kartları və Gülnarə Salahovanın işçilərdən aldığı rüşvət siyahılarını aşkar edib. İşçilər kartları Gülnarənin göstərişinə əsasən məcburi yığdıqlarını bildirsələr də, xeyri olmayıb, onlar işdən azad olunublar.

Gülnarə Salahovadan 90 min manatlıq rüşvət siyahılarının aşkar olunmasına baxmayaraq, gözdən pərdə asmaq məqsədi ilə sadəcə ərizəsi alınmış və işçilər işdən çıxarıldıqdan sonra Gülnarə Salahova yenə əvvəlki qaydada mərkəzdə fəaliyyətini davam etdirib. Növbəti dəfə yenə də vətəndaşlardan Nazirliyə çoxsaylı şikayətlər edilməsinə baxmayaraq, Gülnarə Salahova işdən çıxarılmaq əvəzinə Nəsimi rayon ƏSMM-yə direktor əvəzi kimi göndərilib.

Nəsimi rayon ƏSMM-nin işçilərinin bildirdiklərinə görə odioz Gülnarə Salahova orada da Yasamaldakı təcrübəsini təkrarlamaqla məşğuldur. Bütün yardım kartlarını işçilərə yığdırıb. Onu da bildirək ki, Gülnarə Salahova bütün bu korrupsiya əməllərini Nazirlikdə əsas söz sahibi olan Əjdər Cəbiyevin dəstəyi ilə həyata keçirir. Əjdər Cəbiyevin ona bu qədər açıq dəstək verməsi onların hansısa qaranlıq tellərlə bağlı olmasına böyük şübhələr yaradır”./cumhuriyyet.az