backend

Qusar məktəbində analoqu olmayan toy

Qusar məktəbində analoqu olmayan toy
Qusarda şəhid qardaşının toyunda yeni toy ənənəsinin təməli qoyulub. ANS PRESS-in məlumatına görə, şəhid Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbinin rəhbərliyi Novruz bayramı ərəfəsində savab bir işə imza atıb. Kollektiv də direktor Arif Xəlilovun bu təşəbbüsünü həvəslə dəstəkləyib. Söhbət məktəbin 2 sevgili işçisini qovuşdurmaq kimi xeyirxah bir əməldən gedir. Məktəbin ingilis dili müəllimi Diana Səmədova ilə texniki işçi Rusif Haçımuradovun evlənmələrinə dəstək olmaq kimi savab ilkə qol qoymaq 2 gənci bir birinə qovuşdurdu. Novruz bayramı günlərində – ləzgilərin dili ilə deyilsə, Yaran Suvarda cütlüyün toyu baş tutdu.
Rusif Hacımuradov Qarabağ döyüşlərində – Murovdağda şəhid olmuş Ramiddin Hacımuradovun qardaşıdır. Ailə Ramiddini itirəndən sonra anası Nailə də dünyasını dəyişib. Rusif ailə qurmaq istəsə də, atasının imkansız olması buna imkan verməyib. Nəhayət, işlədiyi məktəbin kollektivi onun bu arzusunu reallasdırdı.
130 yaşı olan 1 saylı Azərbaycan dilli orta məktəb Qusarda ən nüfuzlu orta təhsil ocaqlarından biridir. Məktəb ölkə məktəbləri sırasında uğurlarına görə Prezident Mükafatına layiq görülmüş 50 məktəbdən biridir və buna görə 10 min manat alıb. Lakin bəylə gəlinin toyu sırf məktəb kollektivinin öz imkanları hesabına gerçəkləşib.