backend

Sabirabadda şok bank saxtakarlığı : həbsxanadakı adama işçi arayışı verildi – FOTOFAKT

Sabirabadda şok bank saxtakarlığı : həbsxanadakı adama işçi arayışı verildi – FOTOFAKT
Məlumdur ki, bankların kredit istəyən müştərilərinə müəyyən tələbləri olur. Onlardan biri də həmin şəxsin nə qədər əmək haqqı almasını özündə əks etdirən iş yerindən arayışdır. Bir çox hallarda isə bəzi idarə və müəssisələr hansısa maraqlarının ödənməsi qarşılığında vətəndaşlara saxta arayışlar verməkdən çəkinmirlər. Savash.org-a təqdim olunan fatk da məhz bu qəbildəndir.
Saytımıza daxil olan məlumatda bildirilir ki, Sabirabad rayon Aqrokimya Lobaratoriya İdarəsinin adı da saxta arayış qalmaqalında hallanır. Belə ki, adıçəkilən idarə 2008-ci ildən 2012-ci ilə qədər Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 5 saylı ucəzaçəkmə müəssisəsində cəza çəkmiş Şirvan şəhər sakini Abbasov İlqar Atakişi oğluna “AtaBank”ın Şirvan filialına təqdim etmək üçün verdiyi arayışda qeyd olunub ki, bu şəxs 2010-cu ildən arayışın verildiyi vaxta qədər (arayış 2013-cü ildə verilib-savash.org) Sabirabad rayon Aqrokimya Lobaratoriya İdarəsində işləyir.tt
Amma yuxarlda da qeyd etdiyimiz kimi həmin şəxs 2008-ci ildən 2012-ci ilə qədər həbsxanada olub. Maraqlıdır, 2010-cu ildə məhkumluq həyatı yaşayan şəxs eyni zamanda Sabirabad Aqrokimya Lobaratoriya İdarəsində necə işləyə bilərdi?
Sualın cavabını tapmaq ümidilə müvafiq dövlət qurumlarına rəsmi sorğu göndərəcək və bundan sonra mövzuya yenidən qayıdacağıq. (Savash.org
Sabirabadda şok bank saxtakarlığı : həbsxanadakı adama işçi arayışı verildi – FOTOFAKT