backend

İlham Əliyev Fazil Məmmədovu işdən çıxartdı - Şok təyinat

İlham Əliyev Fazil Məmmədovu işdən çıxartdı - Şok təyinat
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən azad edilib. Prezident bu barədə sərəncamı G20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, vergilər naziri postuna təyinat da olub: “Yeni vergilər naziri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdir. Hazırda Vergilər Nazirliyində təhvil-təslim prosesi gedir. Vergi xidməti spesifik təsisat olduğundan burada izafi problemlərinin yaranmaması üçün vergilər nazirliyi postuna dərhal təyinat olub. Burada təhvil-təslim prosesi başa çatandan sonra – yaxın 1-2 gündə sözügedən sərəncamlar ictimaiyyətə elan ediləcək”.

Mənbənin sözlərinə görə, vergilər naziri və onun müavinlərinin adı "MTN işi"də keçməsi də sərəncamların ictimaiyyətə elan olunmasını yubadan səbəblərdən biridir: "Vergilər Nazirliyinin rəhbərliyinin ətrafında da xüsusi əməliyyatlar aparılır. MTN-də olduğu kimi burada da xüsusi təmizləmə əməliyyatı aparılacaq, rəhbərlik tam yenilənəcək. İş adamlarından olan şikayətlərin əksəriyyəti vergi xidmətinin payına düşür. Prezident Antaliya sammitindən qayıtdıqdan sonra sərəncamlar rəsmən elan ediləcək."

Fazil Mәmmәdov 1964-cü ildә Şamaxi rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.

İlham Əliyev Fazil Məmmədovu işdən çıxartdı - yeni nazirin adı bəllidir

1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye- Tikinti Bankının ?mәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb. 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri işlәyib.

1993-cü ildә "Ünsal" Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilib. 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb.

1999-cu ildə Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi, 2000-ci ildə Vergilәr Naziri tәyin edilib.

Elman Mehdiyev 1971-ci ildə anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışmışdır.

İlham Əliyev Fazil Məmmədovu işdən çıxartdı - yeni nazirin adı bəllidir

1996-2003-cü illərdə Azərbaycan Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləmişdir.

2003-cü ildən Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb. 2013-cü ildə fondun sədri təyin edilib.

mənbə: xeberman.com;surf.az

Qeyd edək ki, xəbər rəsmi qaydada təsdiqlənməyib