backend

Brüsseldə metro partladıldı - Dünya Şokda!!!--VIDEO

Brüsseldə metro partladıldı - Dünya Şokda!!!--VIDEO
Brüsselin daha bir metrosunda terror aktı törədilib

Bununla bağlı Belçikanın "RBTF" telekanalı məlumat verib. Hadisənin hansı metro stansiyasında baş verdiyi açıqlanmır.

Saat 12:52

Brüsseldə Maleyebek metrostansiyasında baş verən hadisədən bir neçə dəqiqə sonra Şuman metrosunda da partlayış səsi eşidilib.

Teleqraf.com xəbər verir ki, Brüsseldə fövqəladə vəziyyət elan edilib. Əhaliyə ictimai yerlərdən uzaq durmaqla bağlı çağırışlar edilib. Şuman metrosunda baş verən partlayışda ölən və xəsarət alanların olduğu bildirilib.

Saat 12:22

Belçikanın paytaxtı Brüsseldə metro partladılıb.

Bununla bağlı Belçika telekanalları məlumat yayıb.

Partlayış Brüsselin Malbek metrostansiyasında baş verib. Hadisədən dərhal sonra bütün qatarların hərəkəti dayandırılıb. Partlayış zamanı bir neçə nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.

Rəsmi məlumatlara görə, baş verən ikinci hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan edilib, bütün məktəblər, iş yerləri cə ictimai obyektlər bağlanıb.