backend

Jurnalist Mübariz Nağıyev, Raqub Məmmədovun tapşırığı əsasında “qurbana çevrilib”

Jurnalist Mübariz Nağıyev, Raqub Məmmədovun tapşırığı əsasında “qurbana çevrilib”

Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun KİV nümayəndələrinə qənim kəsilməsi, təkcə dünənin, bugünün söhbəti deyil. Çünki o, hələ icra başçısı vəzifəsini daşımazdan əvvəl də, bir neçə media təmsilçisini gözümçıxdıya saldırmaqla, xüsusi ad-san da qazanmışdı. Regionxeber.tv internet televiziyasının əməkdaşı Nağıyev Mübariz Nuru oğlu da, onun növbəti qurbanlarından biridir. Bəs, Raqub Məmmədovun pərdəarxası oyun oynamaqla, onun həbsi ilə bağlı belə bir sifarişi verməsinin kökündə nələr dayanır və Mübariz Nağıyevin həbs olunmasında onun marağı nədir?

Rayondan redaksiyamızın elektron poçtuna ünvanlanan məktubda qeyd olunur ki, əvvəla onu qeyd edək ki, Mübariz Nağıyev adıçəkilən internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri olduğundan, o, bölgədə baş verən sosial-iqtisadi, siyasi yönümlü problemləri ictimailəşdirən, onların həllinə çalışan əməkdaşlardan biri olub. Onun istər doğulduğu Yevlax şəhərində, istərsə də ətraf şəhər və rayonlarda müəyyən jurnalist araşdırmaları aparmaqla, bir çox problemli məsələləri qabartması və həlli istiqamətində də, aidiyyəti qurumlar qarşısında məsələ qaldırması, sössüz ki, bir çox vəzifə sahiblərinin, o cümlədən Raqub Məmmədovun da ürəyincə ola bilməzdi.

Məsələn, o, hələ bir müddət bundan əvvəl Yevlax şəhər Mühafizə Polisinin Şəhliyar adlı əməkdaşının polis adıyla uzlaşmayan, milli-mənəvi əxlaqımızla bir yerə sığmayan əməllərə qol qoyması barədə çəklişi, geniş ictimaiyyətin diqqətinə də çatdırmışdı. Belə ki, Şəhliyar polis əməkdaşı olmasına baxmayaraq, o, Aysel Şirinova adlı ali təhsilli bir xanımı, ixtisasca ingilis dili müəlliməsini aldadaraq, Yevlax şəhərinin Tanırqullar kəndində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus oduğu bildirilən kafeyə (əslində həmin ünvan ən “xodgedən” əxlaqsızlıq ünvanlarından biridir) aparır və onunla cinsi əlaqədə olmağa da can atır. Elə ki, onun cəhdi baş tutmur və həmin kafedə Aysel Şirinovanın həyata keçirdiyi çəklişi Mübariz Nagıyev ictimailəşdirir, o halda onun əldən-ayaqdan gedən atası Mübariz Nagıyevə bildirir ki, “imkan yarat, məni Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətovla görüşdür, sənin yolpulunu, nahar yeməyini də verərəm. Çalışacağam ki, onunla söhbət zamanı Şəhliyarla bağlı çəklişin həm internet televiziyasından çıxarılmasına, həm də onun günahı ucbatından üz-üzə qaldığı problemin də həllinə nail olum” deyir. Çünki o, dərk edir ki, Regionxeber.tv internet televiziyasına yerləşdirilmiş bütün çəklişlərin çıxarılması, müəyyən problemli məsələlərin həllini, yalnız və yalnız İbrahim Hümbətov həll edə bilər. O, onu da dərk edir ki, Mübariz Nağıyev həmin internet televiziyasında əsas söz sahibi deyil və əgər hər hansı məbləğdə kimdən pulun tələb olunması, yaxud da alınması, məhz Mübariz Nağıyevə aid olmayan addımlardır. Elə bu səbəbdən də, Şəhliyar adlı polis əməkdaşının atası Gəncə şəhərinə gələn İbrahim Hümbətovun yanına gedib onunla görüşür və müəyyən məsələlərdə hətta ondan köməklik göstərməsini də xahiş edir. Həmin vaxt İbrahim Hümbətov ona “gedin Aysel Şirinova ilə problemlərinizi özünüz həll edin” deyir. Yəni, ümumi söz-söhbətin gedişi zamanı bəlli olur ki, Mübariz Nağıyev nə internet televiziyasına yerləşdirilmiş çəklişi çıxarmaq, nə də ki, kimlərdənsə pul almaq, digər problemləri həll etmək səlahiyyətinə malik olmayan şəxsdir. Bu belə olduğu halda, görəsən bir neçə gün bundan əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində, Şəhliyar adlı polis əməkdaşının “Mübariz Nağıyev çəklişi çıxartmağın müqabilində məndən 2500 manat pul istədi” açıqlaması, nə qədər həqiqəti özündə ifadə edir? Axı, həmin vaxtlarda Şəhliyar adlı polis əməkdaşının atası İbrahim Hümbətovla görüşüb Yevlax şəhərinə qayıdarkən, onlar Mübariz Nağıyevə bildirirlər ki, “bizim telefonumuzu Aysel Şirinova götürmür, yaxşı olar ki, sən zəng et və onun fikrini öyrən dedikdə, Mübariz Nağıyev ona zəng edib istəyini soruşur. Aysel Şiriniova ona edilmiş telefon zənginə cavab olaraq bildirir ki, “mənim istəyim 2500 manat almaqdır” dedikdə, həmin danışığı Şəhliyarın atası da eşidir. Bütün bunlar bir daha onu isbat edir ki, istənilən 2500 manat pulu Mübariz Nağıyev deyil, Aysel Şirinova istəyib. Deməli, Şəhliyar adlı polis əməkdaşının məhkəmə prosesində söylədikləri şər-böhtandan başqa bir şey deyil.

Rayondan redaksiyamızın elektron poçtuna ünvanlanan məktubda qeyd olunur ki, başqa bir olay isə, Bərdə Diaqnostoka Mərkəzində aparıcı şöbələrdən birinə rəhbərlik edən və çalışdığı sahənin rüşvətxorluq yuvasına çevrilməsində əsas rol oynayan, eyni zamanda vətəndaşı olduğu Azərbaycan dövlətinin varlığına şübhə ilə yanaşan, onun əleyhinə düşünülmüş təbliğati işlər aparan Asif Muxtarovla bağlı yaşananlardır. Yəni, onun belə bir yanaşmalarını və geninə-boluna əhəmiyyət vermədən söylədiklərini, xeyli müddət bundan əvvəl geniş ictimaiyyətin diqqətinə çatdıran Mübariz Nağıyev, bu gün Asif Muxtarov tərəfindən də hədəfə alınıb. Yəni, əli hər yerdən üzülən Asif Muxtarov bir neçə gün bundan əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı bildirir ki, “Mübariz Nağıyev vaxtilə məndən 1000 manat pul istədi, son anda ona 500 manat pul verdim” deyir ki, onun da belə bir açıqlaması həqiqəti ifadə etməyən açıqlama olur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Mübariz Nağıyev adı çəkilən internet televiziyasında əsas söz sahibi deyil ki, o, Asif Muxtarovdan da pul tələb etsin, yaxud da ala bilsin.

Diqqəti cəlb edən problemlərdən biri də, Tərtər rayon Polis Şöbəsinin əməkdaşı olmuş Tofiq adlı şəxslə yaşananlardır. Belə ki, o, da Şəhliyar adlı polis əməkdaşı kimi Aysel Şirinova ilə tanış olduqdan sonra, onu Bərdə şəhərində fəaliyyət göstərən “Kəhriz” kafesinə aparır ki, həmin ünvanda onunla cinsi əlaqədə ola bilsin. Amma, onun da belə bir niyyəti baş tutmur və son anda tutduğu əməllərindən olduqca peşman olur. Çünki, Tofiq adlı polis əməkdaşının polis adıyla uzlaşmayan əməllərinə hüquqi qiymət verilir və çox keçmir ki, səlahiyyətli şəxslərin müvafiq əmri ilə o, daxili işlər orqanlarından xaric edilir. Baxmayaraq ki, o, tutduğu əməlinə görə daxili işlər orqanından xaric edilir, amma onun sənədlərində guya yazmış olduğu raport əsas gətirilir və belə bir səbəb üzündən də, onun daşıdığı vəzifəsindən azad edilməsi üçün, ortaya belə bir bəhanə də gətirilir.

Bəli, bir neçə gün bundan əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində, xeyli müddət bundan əvvəl daxili işlər orqanlarından xaric olunmuş Tofiq adlı şəxs də, Mübariz Nagıyevin üzünə durur ki, guya o, Aysel Şirinova ilə bağlı çəklişi Regionxeber.tv internet televiziyasına yerləşdirməmək üçün ondan 2 min manat pul istəyib. Amma, Tofiq adlı polis əməkdaşı ilə danışılan bir neçə saniyəlik telefon danışıqlarına qulaq asdıqda o da bəlli olur ki, ümumiyyətlə Mübariz Nağıyevin onunla telefon danışığı olmayıb. Tofiqlə bir neçə saniyəlik telefon danışığını Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətov aparır ki, həmin müddət ərzində də, bir kimsə digər kimsədən pul tələb edə bilməz. Çünki, pulun istənilməsi üçün buna vaxt da çatmaz. Bütün bunlardan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, Mübariz Nağıyev elə bir səlahiyyət sahibi deyil ki, o, kimlərdənsə pul tələb etsin, yaxud da ala bilsin.

Ümumiyyətlə, bu gün Mübariz Nağıyevin “sən məhkəməyə gecikmisən” adı altında həbs olunmasının kökündə, Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun verdiyi sifarişin əsas rol oynamsı, bəlli olan həqiqətdir. Çünki, son vaxtlar Mübariz Nağıyevin Ağdam rayonu ərazisində tüğyan edən sosial problemləri daim qabartmasını, yerli sakinlərin minbir qanunsuzluqlarla üz-üzə qalmalarını, icra hakimiyyəti başçısının isə, yaxın qohum-əqrəbasına diqqətlə yanaşmasını və.s kimi məsələləri daim gündəmə gətirməsi, sözsüz ki, Raub Məmmədovun heç cür xoşuna gələ bilməzdi. Odur ki, sifarişin icra başçısı tərəfindən verilməsi və onun həbsinin həyata keçirilməsində, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsini daşıyan qaynı Elxan müəllimin təsir imkanlarından istifadə olunma da, heç də istisna deyil.

Təəccüb doğuran hal odur ki, Mübariz Nağıyev daim problemləri qabardırdı, aidiyyəti qurumlar qarşısında məsələ qaldırırdı ki, hər kəsin problemləri həllini tapa bilsin. Bəs son anda nələr baş verdi? Baş verən o oldu ki, sadalanan problemlər həll olunmadı, aidiyyəti qurumlar ünvanlanan məktublara cavab vermədi. Sonrakı proseslər zamanı isə, Mübariz Nağıyev Ağdam rayon İcra Hakimiyyəti başçısının sifarişi və “sən məhkəməyə gecikmisən” bəhanəsi ilə həbs olundu. Amma, Yevlax şəhərinin Tanırqullar kəndində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus oduğu bildirilən kafenin, Bərdə şəhərindəki “Kəhriz” kafesinin, Yevlax-Xaldan yolunun üstündəki “Ağ otel”in qanunsuzluğa söykənən fəaliyyəti ilə bir maraqlanan olmadı. Həmin ünvanlar hotel ola bilməzlər. Çünki, adı çəkilən ünvanların hotel kimi fəaliyyət göstərmələri üçün, aidiyyəti qurumlardan lisenziyası olmalıdır. Bu belə olmalı olduğu halda, həmin ünvanların fəaliyyəti qanunsuzluğa söykənən fəaliyyətdir. Yəni, həmin ünvanlarda ünvan sahibləri yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılmaqla bərabər, minbir qanunsuzluqlara da qol qoyurlar. Digər tərəfdən, polis adıyla uzlaşmayan əməllərə qol qoyan polis əməkdaşlarının əməllərinə də, lazımınca hüquqi qiymət verilmədi ki, bu da ciddi qanun pozuntusu oldu.

P.S. Hörmətli oxucular! Yaxın günlərdə istər Şəki Ağır Cinayətlər Məhkəməsində səslənən ittihamlardan, iradlardan və digər olaylardan bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.