backend

Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ

Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ
Baş nazirlik uğrunda beynəlxalq savaş?

Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın“Qordon” agentliyinə müsahibə verib. Müsahibədə Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Nə az, nə də çox, agent Azərbaycanın Maliyyə naziri Samir Şərifovdur.
Əslində, şok olan və şok olduğu qədər də müəmmalı çalarlar daşıyan bu informasiyanın niyə indi meydana çıxarılması da maraqlıdır. Niyə indi?! Məlumatlar var ki, ənənəvi hökumət hesabatı bu ayın – martın ortalarına gözlənilir. Yəni hökumət martın ortalarında – bir neçə gün sonra özünün hesabatını verəcəkdi. Və təbii ki, bu hesabatda Samir Şərifovun boynuna çox iş düşürdü. Onsuz da gizlin-gizlin içindən qaynayan Azərbaycan ictimai qınağını yavaş-yavaş Samir Şərifovun və Azərbaycan hakimiyyətinin iqtisadi komandasının üzərinə yönəltmək cəhdi iqtidaryönlü medianın ağzında dolaşmaqdadır. Batan gəmidən kimisə tullamaq lazımdır axı. Bu, niyə Samir Şərifov olmasın ki? Ya da Elman Rüstəmov?! Onsuz da Elman Rüstəmovun Avstriya mətbəələrində çap olunan Azərbaycan manatından götürdüyü milyonlarla dollarlıq “otkatlar” məsələsi hələ də açıq qalır və yeganə azərbaycanlı məmurdur ki, Elman Rüstəmov, boynunda hazır cinayət işi Azərbaycan manatını qətl edə-edə gedir. Yəni veriləcək qurbanların sırası müəyyənləşməkdədir və adı çəkilən məmurların başlarının hakimiyyətinin gilyotinində olduğunu bilməyən yoxdur.
Samir Şərifovun yaxın zamanlarda baş nazir təyin olunacağı fikri bəzi maraq dairələrində çəkilirdi. Düzdür, rasional düşüncə belə demir. Əliyevlər hakimiyyəti heç bir zaman ciddi fiqurlara baş nazirlik, ya da Milli Məclisin sədrliyi postunu verməyib. Rejimin tarixində belə fakt qeydə alınmayıb. Sürət Hüseynovun baş nazirliyindən bəri tək bir baş nazir yoxdur ki, normal fikir düzəninə malik olsun. Heç Sürət Hüseynovda da yox idi bu. Amma onda da iddia vardı. Əliyevlər yuxarıda sadalanan hər iki posta heç bir zaman iddiası və adı ətrafında kombinasiya qurulan adamları gətirməz. O baxımdan, Samir Şərifovun da baş nazir gətiriləcəyi inandırıcı görünmürdü. Amma dəyişən vəziyyət, fors-major situasiya belə halı diqtə edə bilərdisə, o zaman deməli, bu versiya ortadan qaldırıldı.
Deməli, beynəlxalq təşkilatlar və iri dövlətlər baş nazirlik uğrunda savaşa qərar verdilər həm də. Samir Şərifov Rusiyanın agenti olubsa, sonra Türkiyənin və onun vasitəsilə ABŞ-ın da agenti olubsa, sonra qayıdıb yenə Rusiyaya işləyibsə, deməli, onu ABŞ sıradan çıxarır? Özü də harada – Ukraynada? Ukrayna kimin maraq dairəsindədir? ABŞ-ın, Qərbin! Deməli, Samir Şərifovu Qərb cəzalandırır…

Qərbin Rusiyaya cavabı, ya da Eldar Mahmudovun intiqamı?

Burada maraqlı detallar var. Bir müddət əvvəl hazırda həbsdə olan Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin açıqlamaları olmuşdu və o, açıq-açığına Samir Şərifovu ittiham etmişdi. Qarşılıqlı ittihamlar olmuşdu. Cahangir Hacıyev tifaqı dağılan sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudası və komandasının önəmli simalarından biri idi. Eldar Mahmudovu və komandasını vurandan sonra ictimai rəyi onların Qərb xəttinə yaxın olduqları haqqında məlumatlar bürümüşdü. Bu məlumatlar həm də ona görə inandırıcı idi ki, Eldar Mahmudov heç bir zaman özbaşına hərəkət etməyən xarakteri ilə hakimiyyətdaxili komandaların ən güclülərindən birinin tərkibində yer alırdı. Məhz o səbəbdəndir ki, hələ də onu həbs etmək mümkün olmayıb. Bütünlüklə xəyanətdə ittiham edilən, onlarla zabiti həbsxanaya doldurulan, generalları qandallanan, həbsdə adamlarının boğazına ip keçirilən, Azərbaycan tarixində ilk dəfə nazirliyi ləğv olunan – həm də Təhlükəsizlik Nazirliyi kimi həyati əhəmiyyətli bir qurum – bir nazirin hələ də azadlıqda gəzməsinə başqa ad vermək olmaz. Onu sadəcə həbs edə bilmirlər. Və analitiklərin dediklərinə inansaq, Eldar Mahmudovun vurulmasında və sıradan çıxarılmasında Rusiya faktoru nə qədər rol almışdısa, indi Samir Şərifovun da vurulmasında Amerika o qədər rol alır.

Azərbaycanı poliqona çeviriblər

Azərbaycan böyük güclərin poliqonuna çevrilib. Rusiya qərb xəttini vurur. Bu, illərdir davam edir. Ölkədə 100-ə qədər siyasi və vicdan məhbusu var. Bu məhbusların əksəriyyəti ölkənin Avropa və Qərb qurumlarına inteqrasiyasının tərəfdarı olanlardır. Azərbaycan hakimiyyəti bu insanları Rusiyaya xoş gəlsin deyə, onun təhdidlərindən qurtulsun deyə həbsxanalara doldurdu. Bu, Rusiyanı qane etmədi. Məsələ nazirlər və nazirliklər həddinə çıxdı. Milli Təhlükəsizlik Nazirliyi getdi, Rabitə Nazirliyi getdi, Aztelekom getdi, BTRİB getdi, Vergilərdən generallar getdi. Xalqın, mətbuatın bilmədiyi daha nələr, kimlər getdi və bütün baş verənlərin Rusiyanın diqtəsi ilə olduğuna dair zərrə qədər də şübhə qalmadı. İndi də tərsi baş verir – Amerika aparır. Qarşılıqdır, misilləmədir, əvəz-əvəzdir, qisasa-qisasdır. Azərbaycan tarixində heç bir zaman olmadığı qədər beynəlxaql güclərin maraq toqquşmalarına səhnə olur. Dövlərlər ölkəmizdə hansısa post uğrunda ölüm-dirim savaşına çıxırlar. Biri o birindən qisas alır. Biri o birinin adamlarını sıradan çıxarır. Üzüntülü və acıdır. Azərbaycanı idarə edənlər bizə belə demirdilər, deməmişdilər.

Hanı Azərbaycan – onun mətbuatı, televiziyası, xalqı?!


Ölkənin taleyüklü məsələləri ölkədə həll olunmur. Nazirlərin övladlarını və hətta bəzilərinin ailə üzvlərini ölkədən çıxardığı haqqında məlumatlar gəlir. Ölkədə baş verən əsas hadisələr haqqında mətbuat yaza bilmir. Bizim nazirlərimizin nə işlə məşğul olduğu haqqında məlumatları xarici mediadan alırıq. Ölkə televiziyaları tamam susdurulub. Mətbuat sıradan çıxarılıb. Düşünün, bütün vacib və önəmli informasiyalar kənardan gəlir. Taleyimizi kənardan idarə edirlər və bu, Azərbaycan xalqının iştirak etmədiyi mənhus bir oyundur.
Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ
Bu ölkənin maliyyə siyasətini idarə edən bir nazir haqqında indiyə qədər niyə Azərbaycan hakimiyyətində məlumat yoxdur? İddia olunur ki, Samir Şərifov 1980-ci illərdən – Sovet zamanından ələ alınıb. Onu hansı güc bu dərəcədə himayə edib? Azərbaycanın hüquq-mühafizə orqanları hara baxıb? MTN bu haqda məlumatlı olubmu? Olubsa niyə tədbir görülməyib, olmayıbsa, niyə olmayıb? Necə olur ki, 3 dövlətə agentlik edən bir uğursuz agent taleyimiz haqqında qərar qəbul etmək yüksəkliyinə qədər ucalıb? Tutaq ki, heç amerikalıların maraqlarına da uyğun gəlməyəydi, o zaman necə olacaqdı? Bəlkə o qüvvələr bu adamı baş nazir də edəcəkdilər? Bəlkə də edəcəklər?! Kim bilir? Nə qədər nazir, ondan yüksək və alçaq məmur korpusu var ki, haqqında təkzibedilməz faktlar ola-ola hələ də vəzifələrdə oturublar. Onlara qaşın üstə gözün var deyən varmı ki, bunlara da deyən ola?..
Dollar alverçiliyindən dollar alverçiliyinə…

Yuri Şvetsin müsahibəsində ən maraqlı məqam Samir Şərifovun KQB tərəfindən ələ alındığı hadisənin təsviridir. Görün nə deyir Yuri Şvets: “Onu “qara bazar”da qanunsuz əməliyyatlar zamanı tutublar. O, xarici valyuta ilə əməliyyatlar həyata keçirirmiş. Sovet İttifaqı zamanında bu cür böyük miqyaslı əməliyyatlar 10 ilə qədər həbs cəzasına, hətta ölüm hökmünə gətirib çıxara bilərdi. Amma Şərifovun “qara bazar”dakı əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə böyük olmayıb və KQB ona göz yumub. Nəticə olaraq, onun Kiyevdə təhsil aldığı dövrdə heç bir ciddi qalmaqal baş verməyib.”
Nə qəribə taledir bu adamın taleyi. İllər əvvəl dollar alverçiliyi ilə tutulub və agent olub. Harada? Kiyevdə! İllər keçib. Bu dollar alverçisi Azərbaycan xalqının da dollar alverçisi olub. O zaman böyük əməliyyatlar etməsə də, indi böyük, çox böyük əməliyyatlara imza ataraq, bu xalqın, bu millətin taleyini qaraldanlardan biri olub. İndi onun siyasi taleyinin söndürülməsinə qərar verilib. Harada? Yenə Kiyevdə! Yüksəliş də Kiyevdə, çöküş də! Bilərəkdəndirmi, bir mənasımı var, mesajdırmı, onu biz bilə bilmərik! Onu adamın taleyini yazanlar bilər!

Nazirlərə həbs yolu açıldımı?

Analitiklərin düşüncəsinı görə, bu hadisə Samir Şərifovun və komandasının həbsi ilə nəticələnməlidir. Bu yazının yazıldığı, analitiklərlə məsləhətləşildiyi saatlarda belə həbs xəbərinin gözlənildiyinin şahidi olduq. Yəni bu saatdan sonra Samir Şərifov və komandasının həbs olunmaları an məsələsidir. Ola bilər ki, Novruz Bayramı tətilində onlar istirahətlərini Bakı İstintaq Təcridxanasının kameralarında keçirsinlər. Samir Şərifovun intihar edəcəyini gözləyənlər də var. Amma bu rejimin nazirlərinin, generallarının heç birinin belə məsuliyyətli ola biləcəyi faktı yoxdur. Məsuliyyətli olanlar zatən niyə agent olurlar ki? Deməli, onlar məsuliyyət hissini, zabir şərəfini çoxdan itirənlərdir?
Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ
Samir Şərifovla işlər bitməməlidir. Normalda Eldar Mahmudova da həbsin yolları açılmış oldu. Hələ Samir Şərifovun “verbovat” olunmasında rolu olan xarici işlər nazirinin müavini Xələf Xələfovun taleyi necə olacaq? Bu haqda yaxın günlərdə biləcəyik.
Hər şey dəyişəcəkmi, yoxsa agentlər iş başında fəaliyyətlərinə davam edəcəklər?!
Bəs poliqon olmaq?! Bu bizə ayıb deyilmi?!

qaynarxett.az

Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ
Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ
Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ
Samir Şərifovu kimlər, niyə vurdular - Həbslər gözlənilir - ANALİZ