backend

Erməni kahinlər fransalı uşağı zorlayıb

Erməni kahinlər fransalı uşağı zorlayıb

Erməni kahinlər azyaşlılara qarşı seksual təcavüz edib.

Bunu təcavüzün qurbanı, əslən livanlı olan Fransa vətəndaşı Qrayr deyib. O, qeyd edib ki, Fransada bir müddət əvvəl ölən 81 yaşlı arxiyepiskop David Saakyan ona qarşı 1990-cı ildə Yerusəlimdə yerləşən erməni kilsəsində seksual təcavüz edib.

Onun sözlərinə görə, 13 yaşı olanda onu arxiyepiskopla cinsi əlaqəyə məcbur ediblər.

Qrayr həmçinin erməni kilsəsinin digər iki yüksək vəzifəli kahinlərini seksual təcavüzdə ittiham edib. Qrayr kahinlərin qurbanlarının sayının çox olduğunu da deyib.