backend

Xəstə qızın bəysiz toyu baş tutdu - Bütün qonaqlar ağladı - VİDEO

Xəstə qızın bəysiz toyu baş tutdu - Bütün qonaqlar ağladı - VİDEO
Türkiyədə yaşayan daun sindromlu Duyqu Kakızın xəyalını qurduğu toy baş tutub.
2 ilə yaxındır ailə qurmağı arzu edən gənc qız sonunda öz istəyinə çatıb.

Hər zaman evlərindəki tül pərdələri kəsərək, özünə gəlinlik donu geyməyi arzu edən qız arzusuna çatıb.

Böyrək xəstəsi olduğunu öyrənən anası Seniha Pıravadılı yardım fondundan kömək istəyib.

Fond sponsor firmaların köməkliyi ilə qızın toyunu edib. Toy salonuna gəlinlik geyərək gələn gənc qız əsgərlikdə olduğu deyilən xəyali sevgilisi ilə nikah masasına əyləşib.

Bəy, toy şahidləri olmadan nikah stolunda əyləşən qız xəyali olaraq ona verilən suala "hə” cavabını verib.

Bu isə anasının və qohumlarının kədərlənməsinə səbəb olub. Bundan sonra bəy yanında varmış kimi rəqs edən qız , daha sonra, o varmış kimi tort kəsib.

Seda Sayan fanatı olan qız onun şəklini çəkənlərə Seda Sayan kimi pozlar da verməyi unutmayıb.

Toya qızın qohumları və fond işçiləri qatılıb.