backend

ŞAD XƏBƏR-Neft qiymətləri qaldırılacaq - OPEK-dən açıqlama

ŞAD XƏBƏR-Neft qiymətləri qaldırılacaq - OPEK-dən açıqlama
İraq OPEK ölkələrinin, eləcə də quruma daxil olmayan dövlətlərin Qatar paytaxtı Dohada keçirilən toplantısına qatılacaq

Bu barədə İraqın neft sənayesi naziri Asim Cihad açıqlama verib.

Asim Cihad deyib ki, İraq neft hasil edən ölkələrin 17 aprel görüşündə iştirakla OPEK və digər böyük neft hasil edən ölkələrin istehsalçı və istehlakçılara yönəlik siyasətini alqışlayır.

Asim Cihadın sözlərinə görə, ölkəsi neft hasilatının azaldılması ideyasını dəstəkləyir. Rusiya, Səudiyyə Ərəbistanı, Qatar və Venesuela fevralın 16-da dünyada neftin qiymətini sabit saxlamaq üçün hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində saxlamağa razılaşıblar. Bir şərtlə ki, digər neft hasil edən ölkələr də razılaşmaya qoşulsun. Bu vaxta qədər İran və İraq neft bazarının tənzimlənməsi ilə bağlı atılan addımları dəstəkləsələr də, neft hasilatının azaldılması ideyasına etinasız yanaşıblar.

Qeyd edək ki, bu il aprelin 17-də OPEK və neft hasil edən ölkələrin görüşündə qiymətlərin qaldırılması üçün neft istehsalı səviyyəsinin azaldılması müzakirə ediləcək. (teleqraf.com)