backend

Maqsud İbrahimbəyov: "Elmar Hüseynovun başını kəsmək lazım idi"

Maqsud İbrahimbəyov: "Elmar Hüseynovun başını kəsmək lazım idi"
Politika.Az xəbər verir ki, NİDA Vətəndaş Hərəkatının aparıcı simalarından biri olmuş keçmiş məhbus Zaur Qurbanlı öz bloqunda Milli Şuranın sədri Cəmil Həsənli haqda tənqidi fikirlər yazıb

O, C.Həsənlini yazıçı Maqsud İbrahimbəyovun vida mərasiminə qartldığı üçün sərt dildə qınayıb: "Elmar Hüseynovun (!) başını (!) kəsib (!) parlamentdə (!) futbol oynamağı təklif edən adamın yasına getmək nə deməkdir?".

Müxalifətçi daha sonra ironiya ilə C.Həsənlinin prezidentlik iddiasına düşdüyü dövrü xatırladıb və soruşub: "Prezident olmaq istəyən adam “yasıma gələnin yasına getməliyəm” prinsipi ilə Azərbaycan jurnalistikasının ağzına atılan güllələrin dəydiyi başı kəsməyi təklif edənin yasına gedir, nə gün-güzərandır bu?".

Sonda Z.Qurbanlı C.Həsənliyə məsləhət görüb ki, öz əqidəsinə və prinsiplərinə sadiq olmağı öyrənsin.