HÖVSANDA ON YAŞLI QIZI DÖYƏRƏK LAL ETDİLƏR-VƏHŞILIK

706

HÖVSANDA ON YAŞLI QIZI DÖYƏRƏK LAL ETDİLƏR-VƏHŞILIK

“Qaynar xətt.info-ya Hövsan kəndi, dənizkənarı küçəsi, 2 saylı evdə yaşayan Səfərov Əflan Əfqan oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətçi yazır: “Martın 14-də günorta vaxtı işdən qayıdarkən qonşum Atamoğlan qarşımı kəsib qapımın ağzına tökdürdüyüm 2 maşın qumu götür dedi. Mən ona bildirdim ki, evdə ölüm ayağında olan anam var, dərman almalıyam, axşamüstü ailəmlə köməkləşib qumu həyətə daşıyaram. O kobudcasına “cəhənnəmə olsun xəstən” deyə məni təhqir etdi. Mən onunla qisa mübahisə edib evə keçdim, nahar edib dərman almaq üçün aptekə getdim. Dərmanı alıb evə qayıdırdım ki, həyat yoldaşım zəng edib dedi ki, təcili evə gəlim, bəs Atamoğlan atası Dadaş kişiylə birlikdə həyətə soxularaq 10 yaşlı qızımı vəhşicəsinə döyərək onu da təhqir etmişlər. Qorxudan uşaqların dili tutulub. Mən evə qayıtdim və 102 xidmətinə zəng edib hadısə barədə məlumat verdim. Çox çəkmədi ki, 30-cu polis bölməsindən gəlib maraqlandılar və mən bölməyə gedib şikayət ərizəsi yazdım. ”

Şikayətci hazırda təhqiqat söbəsində araşdırma getdiyini bildirir. O,qeyd edir ki, hadisədən sonra azyaşlı oğlu və qızının qorxudan dili tutulub, məktəbə getmirlər. Ən dəhşətlisi də odur ki, bu kimsəsiz ailə Atamoğlan və onun yaxın adamları tərəfindən təhdid olunur: “Bu adamların başında kənd icra nümayəndəliyində işləyən Ağasəlim dayanır. Atamoğlan bunu özü də etiraf edir, qumun küçəyə yayılmağına Ağasəlimin göstəriş verdiyini bildirir. Ağasəlim Atamoğlanın atası Dadaşla bacanaqdır. Onlar özlərinə yaxın olan Əşrəf adlı qonşunu da öyrədərək ailəmi küçəyə çıxmağa qoymurlar. Məni buradan köçüb getməsəm tutduracaqları ilə hədələyirlər.

Mən qanunlarımızın aliliyinə güvənirəm. Təhqiqatın sonunu gözləyirəm. Əks halda Respublika Prokurorluğuna, çox möhtərəm Prezidentimizə müraciət edəcəyəm. Qoy Ağasəlim və Atamoğlan kimilər bilsin ki, ölkə dərəbəylik deyil.

P.S. Bi. qaynarxett.az olaraq Ağasəlim müəllimlə telefon əlaqəsi yaratdıq. O hadisədən xəbərdar olduğunu bildirdi və göstərişin onun tərəfindən verildiyini isə təkzib etdi. Olayı diqqət mərkəzində saxlamışiq.
Əməkdaşımı. hadisəylə bağlı geniş araşdırma aparır. Yaxın saatlarda onu si.ə təqdim edəcəyik . Bizi izləyin...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.