backend

REGIONXEBER.TV-NIN BÖLGƏ MUXBİRİ ACLIQ AKSİYASINA BAŞLADI

REGIONXEBER.TV-NIN BÖLGƏ MUXBİRİ ACLIQ AKSİYASINA BAŞLADI
Bir müddət bundan əvvəl, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinə “sən prosesə gecikmisən” adı altında, məhkəmənin hökmü ilə saxlanılan Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri Nağıyev Mübariz Nuru oğlu, saxlanıldığı Gəncə İstintaq Təcridxanasında 19 mart 2016-cı il traixdən aclıq aksiyasına başlayıb. Bu haqda Mübariz Nağıyevin həyat yoldaşı Bəsti Nağıyeva informasiya mərkəzimizi məlumatlandıraraq bildirir ki, “hal-hazırda o, nə su, nə də ki, qida qəbul edir. Çünki, onun Gəncə İstintaq Təcridxanasında saxlanılmasının ciddi səbəbi yoxdur. Keçirilən məhkəmə prosesində şahid qismində ifadə verənlərin qərəzli açıqlamalarının əsas götürülməsi isə, bir daha onu sübut edir ki, həyat yoldaşımın saxlanmasında, hansısa “əl” başlıca rol oynayır”.

Jurnalist Mübariz Nağıyevin saxlanmasının heç bir əsası yoxdur

Rayondan redaksiyamızın elektron poçtuna ünvanlanan məktubda qeyd olunur ki, bir müddət bundan əvvəl, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinə “sən prosesə gecikmisən” adı altında, məhkəmənin hökmü ilə saxlanılan Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri Nağıyev Mübariz Nuru oğlu, hal-hazırda Gəncə İstintaq Təcridxanasında saxlanılır. Onun saxlanmasına səbəb, həm də prosesdə şahid qismində ifadə verən Yevlax şəhər Mühafizə Polisinin əməkdaşı Paşazadə Şəhliyar Azad oğlunun açıqlaması olur. Yəni, o, məhkəmə prosesində verdiyi açıqlamasında bildirir ki, “Mübariz Nağıyev məndən 2500 manat pul istədi”. Amma, o, onu da vurğulamaq istəmir ki, Aysel Şirinova ilə yaşanan problemdən sonra, o, xanım müəlliməyə 1500 manat pul vermək istəsə də, Aysel Şirinova həmin pula yaxın durmur. Belə olan halda yaşanan olay haqda xəbərdar olan və oğlunun xanım müəllimə ilə yaşanan problemini həll etmək üçün, onun atası Azad Paşazadə Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətovla Gəncə şəhərində görüşüb Yevlaxa qayıdan zaman, onlar Mübariz Nağıyevi təkid edirlər ki, “Aysel Şirinova bizim telefonu götürmür, sən zəng et də, onun fikrini öyrən” deyirlər. Bu gün məhkəmə prosesində qərəzli açıqlama söyləyən Şəhliyar Paşazadə dəqiq bilir ki, Mübariz Nağıyev onun atasının təkidi ilə Aysel Şirinovaya zəng edib və həmin vaxt da xanım müəllimə 2500 manat pul istədiyini Mübariz Nağıyevə bildirib. Bu belə olduğu halda, Mübariz Nağıyevin belə bir işdə günahı nə olur?
Rayondan redaksiyamızın elektron poçtuna ünvanlanan məktubda qeyd olunur ki, digər tərfdən, Bərdə rayon polis Şöbəsinin əməkdaşı olan Tofiq Məmmədovla bağlı çəklişi və yazılı ərizəsini Azerinfo.az saytına göndərən Aysel Şirinova, son anda fikrindən daşınmalı olur. Çünki, o, dərk edir ki, hər iki polis əməkdaşı onunla bağlı şikayət edərsə, onu şantajçı kimi qəbul edərlər. Belə bir səbəb üzündən də, Aysel Şirinova ilk əvvəl Mübariz Nağıyevdən tələb edir ki, “mənim Azerinfo.az saytına göndərdiyim çəklişi və ərizəmi saytdan çıxarın”. Amma, onun belə bir tələbi yerinə yetirilmir. Buna səbəb o olur ki, saytın rəhbəri İbrahim Hümbətov buna razı olmur və problemin araşdırılmasına diqqət yetirir. Elə ki, o, Tofiq Məmmədovla əlaqə saxlayıb mövqeyini öyrənmək istəyir, həmin vaxt Tofiq Məmmədov adlı polis əməkdaşı heç bir məntiqə sığmayan, əxlaqmızla uzlaşmayan söyüşlər işlətməklə İbrahim Hümbətovu təhqir edir. Belə olan halda saytın rəhbəri məcbur olur ki, Aysel Şirinovanın göndərmiş olduğu çəklişi və yazmış olduğu ərizəsini saytda yerləşdirsin və problemin araşdırılmasını aidiyyəti qurumların ünvanına ünvanlasın.
Bəli, bu gün öz əməllərinə lazımi qiyməti verməyi bacarmayan Tofiq Məmmədov məhkəmə prosesində ifadə verir ki, “Mübariz Nağıyev məndən 2 min manat pul istəyib”. Amma o, dərk etmir ki, Mübariz Nağıyev çalışdığı internet televiziyasında bölgə müxbiri olduğu üçün o, nə sayta yerləşdirilmiş çəklişi çıxartmaq, nə də ki, kimdənsə pul almaq, hansısa işi ört-basdır etmək səlahiyyətinə malik deyil. Yəni, onu vurğulamaq istəyirik ki, Mübariz Nağıyev internet televiziyasının sadəcə əməkdaşı olub.
Başqa bir faktı da qeyd edək ki, Tofiq Məmmədov verdiyi şahid ifadəsində onu da vurğulayır ki, Mübariz Nağıyev mənə 070-209-60-59 nömrəsi ilə də zəng edib və 2 min manat pul da istəyib. Əvvəla onu vurğulayaq ki, Mübariz Nağıyevin elə bir nömrəsi yodur və həmin nömrə İbrahim Hümbətova məxsusdur. Onunla danışığa gəlincə, Tofiq Məmmədovla danışan Mübariz Nağıyev deyil, məhz İbrahim Hümbətovun 15-17 saniyəlik danışığı olub. Həmin vaxt ərzində də, bir kimsə tanımadığı, bilmədiyi başqa bir şəxsdən 2 min manat pul tələb edə bilməz.
Aysel Şirinova verdiyi açıqlamasında onu da bildirir ki, guya onu Mübariz Nağıyev öyrədib. O, halda sual oluna bilər ki, axı o, ali təhsilli müəllimə olub. Belə olan halda Mübariz Nağıyev onu necə öyrədə bilərdi? Bəs onun düşüncəsi necə olur? Məgər Aysel Şirinovanın DSMF-nun Yevlax şəhər şöbəsinin əməkdaşı olan Oqtay Paşayevlə, Yevlax şəhər Yanğından Mühafizə Xidməti İdarəsinin əməkdaşı Musayev Əli Əsgər oğlu ilə əmələ gələn problemlərində də, Mübariz Nağıyev hansısa rolu oynamışdımı? Əsla yox!
Bütün bunlardan sonra belə qənaətə gəlmək mümkün olur ki, Aysel Şirinova qol qoyduğu əməllərinə Mübariz Nağıyevi də şərik etmək istəyir. Amma, o hala da inanırıq ki, bundan sonra keçirilən məhkəmə proseslərində lazımi araşdırmalar aparılıb, hər kəsə lazım olduğu cəza veriləcək və Mübariz Nağıyevin günahsızlığı da aşkara çıxarılacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.
qaynarxett.az