backend

“CƏNAB PREZİDENT, BİZİ VÜQAR NAMAZOVDAN QORUYUN”--FOTO-VİDEO

“CƏNAB PREZİDENT, BİZİ VÜQAR NAMAZOVDAN QORUYUN”--FOTO-VİDEO
Redaksiyamıza Yasamal rayonu, B.Bağırova küçəsi 592 ünvanda, keçmiş idmançı Vüqar Namazova məxsus olan " VİTR FİTNESS” idman klubu yerləşən "Emerald Palace — Altes Group”yaşayış binasının sakinləri tərəfindən imzalanmış məktub daxil olmuşdur.

Sakinlər müraciətlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə istinad edərək "Toxunulmaz adam yoxdur! Hər kəs cəzalandırılacaq” sözləri ilə başlamışlar. Müraciətə imza atmış 39 sakin "Azərbaycanda hüquqi dövlət quruluşu prossesi uğurla gedir. Bunların banisi ümummilli liderimiz Heydər Əliyevdir.” cənab Prezidentin sözlərini sitat gətirirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazılmış açıq məktubu imzalamış şəxslər redaksiyaya müraciət edərək məlumatların mətbuatda dərc olunması ilə cəmiyyətə çatdırılmasını bizdən xahiş etmişlər.

Aşağıda surəti verilmiş muraciətdən görünür ki, onun surəti Vergilər Naziri cənab Fazil Məmmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlanıb.

Məktubda, "VİTR FİTNESS” klubunun sahibi, keçmiş idmançı, hazırda Vergilər Nazirliyinin əməkdaşı ətrafında özünü kobud, azğın aparan sakinlərin rəyi ilə hesablaşmayan bir qrup idmançı yığaraq, binanın birinci mərtəbəsində icarəyə götürdüyü sahədə özünə "biznes” yaratmışdır.

Vüqar Namazov, yanğına səbəb olmuş və bütün texniki normaları pozaraq klubda güclü elektrik enerjisi tələb edən avadanlıq və həmçinin sauna quraşdırmış və bununla da üç binanın sakinlərini uzun müddət elektrik enerjisindən məhrum etmişdir.


Klubda bütün texniki norma və qaydaları pozaraq güclü elektrik enerjisi istehlak edən avadanlıq və sauna quraşdırmaqla binada yanğına səbəb olmuş Vüqar Namazov, bu özbaşnalığı ilə üç binanın sakinlərini uzun müddət elektrik enerjisindən məhrum etmişdir.

Klub icarəyə verilən zaman ilkin planlaşmada nəzərdə tutlmayan ventilyasiya sisteminin yaratdığı səs-küy sakinlərin rahatlığını pozaraq normal həyat ritmindən məhrum etmişdir. Sakinlər Vüqar Namazova şikayət etmək istədikdə isə onun və digər döyüşçü-idmançıların kobud cavabı ilə üzləşdilər.



Kluba gələn idmançılar maşınlarını parklama nəzərdə tutlmayan yerlərdə park edir, binaya giriş-çıxışı çətinləşdirirlər. Necə gəldi park olunmuş avtomobillər sakinlərin binaya giriş-çıxışını təhlükə altına alırlar. Küçədə quraşdırılmış generator isə dəhşətli səs-küylə yanaşı, sakinləri normal həyat tərzi üçün vacib olan təmiz havanı generatorun qara tüstüsü ilə zəhərləyir.
“CƏNAB PREZİDENT, BİZİ VÜQAR NAMAZOVDAN QORUYUN”--FOTO-VİDEO




Sakinlər Vergilər Nazirliyi işçisinin bütün günü iş yerində deyil, kassa belə quraşdırılmamış klubda olması, və məlumata görə istifadə üçün qadağan olunmuş, əzələ artırmaq üçün preparatların qeyri-qanuni satışını təşkil etdiyini deyirlər.

Sakinlər eləcədə Vüqar Namazovun hər dəfə ölkə Prezidenti ilə şəxsi tanışlığa və keçmiş naliliyyətlərinə istinadən ona heç kəsin heç nə edə bilməyəcəyini bildirir.

Sakinlər cənab Prezidentdən keçmiş idmançı, hazırda Vergilər Nazirliyinin işçisi olan, ictimai sakitliyi pozan vandaldan qorumağı və onların evlərinə əminamanlığı qaytarmağı xahiş edirlər.

Sonunda bu məktubu yardım çağırışı olaraq, Azərbaycan Respublikasının bütün qanunlarını ayaqlar altına atan, təkəbbürlü və əxlaqsız birinin zorakarlığından onları qorumaq üçün Prezidentə müraciət etməyə vadar etmiş 39 ad, soyad və imza tamamlayır.
“CƏNAB PREZİDENT, BİZİ VÜQAR NAMAZOVDAN QORUYUN”--FOTO-VİDEO
“CƏNAB PREZİDENT, BİZİ VÜQAR NAMAZOVDAN QORUYUN”--FOTO-VİDEO

“CƏNAB PREZİDENT, BİZİ VÜQAR NAMAZOVDAN QORUYUN”--FOTO-VİDEO


“CƏNAB PREZİDENT, BİZİ VÜQAR NAMAZOVDAN QORUYUN”--FOTO-VİDEO