backend

Azad Rəhimov işdən çıxarıldı?- təfsilat

Azad Rəhimov işdən çıxarıldı?- təfsilat

Nazir işlərində ciddi səhvlərə yol verdiyi üçün hakimiyyət dairələrinin gözündən düşüb

Gənclər və İdman naziri Azad Rəhimov yaxın vaxtlarda prezidentin sərəncamı ilə vəzifəsindən azad ediləcək. Bu barədə Politika.Az-a məlumat verən etibarlı mənbələrin bildirdiyinə görə, nazirin belə vəziyyətlə üzləşməsi onun işdə yol verdiyi ciddi nöqsanlarla bağlıdır.

Məlumatlarda deyilir ki, Rəhimov nazir olaraq bir sıra kadr yanlışlığı etməklə yanaşı, təşkilatçılıq işlərində, habelə maliyyə məsələlərində həddindən artıq böyük səhvlərə yol verib. Üstəlik, onun atdığı bir sıra addımlar hakimiyyət dairələrinə zərər vurub ki, nəticədə, yuxarıların gözündən düşən nazirin işdən azad edilməsi qərarlaşdırılıb.

Mənbələr qeyd edirlər ki, Azad Rəhimovun «Formula 1» yarışlarının təşkili işində də ciddi səhvlər etdiyi aşkarlanıb. Bəzi bilgilərə görə, nazir hətta təşkilatçılıq zamanı israfçılıq edərək, yeyintilər üçün səbəblər yaradıb. Öz işinin öhdəsindən gələ bilmədiyi üçün hakimiyyətin qəzəbinə tuş gələn sözügedən şəxsin əvəzlənməsi isə zərurətə çevrilib.

Politika.Az-a verilən məlumatda vurğulanır ki, Gənclər və İdman Nazirliyində gözlənilən rəhbər dəyişikliyi isə bununla yekunlaşmayıb, aşağı təbəqəni də əhatə edəcək. Belə ki, nazir müavinləri və şöbə müdirləri də görəvlərindən alınacaqlar.

qaynarxett.az