backend

Rusiyanın hərbi təyyarəsi daha bir ölkənin sərhədlərini pozdu

Rusiyanın hərbi təyyarəsi daha bir ölkənin sərhədlərini pozduEstoniya Rusiyanın AN-26 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, məsələylə əlaqədar Estoniya ordusunun baş qərargahı açıqlama yayıb.
"Rus hərbi təyyarəsi AN-26 saat 10:29-da Finlandiya körfəzində Vaindloo adası yaxınlığında Estoniya hava sahəsinə girdi. Təyyarə bir dəqiqədən az bir müddət Estoniya hava sahəsində olub. Sərhədi pozan təyyarə uçuş məlumat xidmətilə radio təmasına girmədi" deyə açıqlamada qeyd olunub.

Rusiyanın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq hadisə ilə əlaqədar etiraz notası təqdim olunub.