Türkiyədə dəhşət: 10 azyaşlı şagirdinə təcavüz etdi - VİDEO

737

Türkiyədə dəhşət: 10 azyaşlı şagirdinə təcavüz etdi - VİDEO
ürkiyənin Karaman şəhərindəki internat məktəblərindən birində 10 azyaşlı oğlan şagirdini cinsi istismara məruz qoyan müəllim həbs olunub.

Teleqraf.com xəbər verir ki, hadisə şagirdlərdən birinin məktəbə getmək istəməməsindən sonra məlum olub. Valideynlərinin təkidindən sonra uşaq müəllimləri Məhərrəm B.-nin ona təcavüz etdiyini deyib. İttiham olunan müəllimin saxlanılmasından sonra onun daha bir neçə şagirdə təcavüz etdiyi ortaya çıxıb.

Məhərrəm B. 2012-2013 və 2014-cü illərdə işlədiyi iki ayrı internat məktəbində üst-üstə 10 azyaşlı oğlan şagirdinə təcavüz etdiyini etiraf edib. Oğlan uşaqlarına maraq göstərdiyini deyən təcavüzkar müalicə olunmaq istədiyini bildirib.

Bundan başqa Məhərrəm B.-nin uşaqlara təcavüz etməzdən onlara heyvan pornoları izlətdiyi də məlum olub.