backend

Lənkəranın axundu ilə bağlı şok görüntülər yayıldı - Video

Lənkəranın axundu ilə bağlı şok görüntülər yayıldı - Video
Lənkəranda Hüseyniyyədə baş verən hadisələrdən, Ramiz adlı dırnaqarası axundun toyda əl açıb oynamasından yəqin ki, məlumatınız var.

Lənkəran sakinləri bu dəfə axundun rüşvətlə bağlı video kadrlarını yayıblar. Sosial şəbəkələrdə yayılan kadrlarda Ramiz toy məclisində mikrafonu əlinə alaraq “bir musiqiçilərə bir də mollalara verilən pul rüşvət sayılmır” deyir.

Məsələ ilə bağlı Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, “mən bu məsələdən agah deyiləm”

Xatırladaq ki, Ramiz axund Əbəlfəzl Abbas məscidinin axundudur və sakinlər bu əməllərinə görə tezliklə onun bu məsciddən getməsini tələb edirlər.