backend

Hökumətdən kreditlə bağlı hamini sevindirıcək qərar

Hökumətdən kreditlə bağlı hamini sevindirıcək qərar
Əhalinin kreditlərini ödəyə bilməməsi səbəbindən banklarda ödənişlərin 1,05 manatla həyata keçirilməsi qərarlaşdırılır

Son dövrlər ölkədə bank kreditləri ilə bağlı etirazlar daha da artmağa başlayıb. Buna səbəb ikinci devalivasiyadan sonra yaranmış vəziyyət, manatın xeyli dəyər itirməsi, əhalinin gəlirlərinin azalmasıdır. Politika.Az xəbər verir ki, artıq problemli kreditlərin həcmi də xeyli artıb və banklar ciddi şəkildə narahat olmağa başlayıblar.

Bu narahatlıqları aradan qaldırmaq üçün hər hansı bir addım atmayan banklar, əksinə, əhalinin üzərinə bir qədər də tünd getməklə durumu daha da dramatikləşdirirlər. Artıq ölkənin əksər yerlərində məhz kredit borclarına görə, narazılıqlar da artmaqdadır. İntihar halları isə sıradan bir olaya çevrilib.

Politika.Az xəbər verir ki, hökumət vəziyyətin ağırlığını nəzərə alaraq, bəzi yumşaldıcı tədbirlər görməyə hazırlaşır. Bu prosesə təkan verən əsas amil isə ölkənin tanınmış iqtisadçıların dövlət başçısına etdiyi müraciətlərdir. Həmin təklifdə vurğulanırdı ki, banklar kredit faizlərini azaltmaqla yanaşı, həm də faktiki ödənişlərdə dolların məzənnəsinin real vəziyyətindən yuxarı olması nəzərə alınaraq, ödənişlərin kursunu dəyişdirsinlər.

Hökumətin hazırladığı tədbirlər planında isə manatın gücünü əvvəlki vəziyyətə qatırmaq, biznesin inkişafına nail olmaq, habelə dollarla olan kreditlərin yeni kursla ödənilməsinə hesablanıb. Əsas məsələ isə dollarla olan kreditlərin 1,05 manatla ödənilməsi ilə bağlıdır.

Politika.Az-a verilən məlumata görə, hökumətin strateji planında nəzərdə tutulan 1 dollar=1,05 manat prinsipi aprel ayından qüvvəyə minə bilər. Mənbənin qeyd etdiyinə görə, bununla bağlı ümumi razılaşma əldə olunub. Sadəcə, dövlət başçısı tərəfindən məsələyə baxıldıqdan və razılıq verildikdən sonra qərar qüvvəyə minəcək.

Qaynarxett.iinfo