backend

Hafiz Hacıyev üsyan etdi: "Xədicə İsmayıl nə edib ki..."

Hafiz Hacıyev üsyan etdi: "Xədicə İsmayıl nə edib ki..."
Son günlər ölkə gündəmini məşğul edən əsas məsələ bir sıra siyasi məhbusların azad olunmasıdır. Məhbusların azad olunması üçün beynəlxalq və yerli ictimaiyyət nümayəndələrinin səsləndirdiyi çıxışlar öz bəhrəsini verməkdədir

Cəsarətli açıqlamaları ilə prezidentə hər zaman dəstək olan Hafiz Hacıyev açıqlama verərək siyasi məhbus problemini ölkəmizdəki 5-ci kolonun yaratdığını deyib:

“Azərbaycan prezidenti İlham Əliyev hər zaman ictimaiyyətə müraciət edərək ölkədəki problemlər haqda ona siqnalların verilməsini istəyib. Mən və partiyamız hər zaman bu yöndə əlimizdən gələnləri əsirgəməmişik. Xədicə İsmayıl yaxud da başqa birisi azadlıqda olanda nə edib ki, bu ölkəyə? Heç nə də edə bilməzlər. Yaxşı olar ki, belə insanlar azadlıqda olsunlar. Onlar azadlıqda olmayanda prezidentimizin xarici səfərləri zamanı bunu İlham Əliyevə qarşı istifadə edirlər. Cənab prezident sivil, demokratik ölkə qurub. O, hardan bilsin ki, hansısa məmurlar tapşırıq verərək kimlərisə həbs etdirir? Bizim və ictimaiyyətin səsləndirdiyi fikirlər çox güman ki, ölkə başçısına çatıb və o siyasi iradə nümayiş etdirərək 5-ci kolona qarşı sərt mövqeyini ortaya qoyub. Bunun səbəbi də bizim və xalqın İlham Əliyevin yanında olmasıdır. Prezident nə qədər bizim çox dəstəyimizi hiss edəcək, bir o qədər də çox satqın qüvvələrin üstünə gedəcək. İlham Əliyev demokratik, humansit insandır. Ölkə başçısı nə vaxt ABŞ Qərblə yaxınlaşır, o dəqiqə ona qarşı iş aparılır. İlham Əliyev İrana səfər edəndə Nardaranda Fatimə Zəhranın mövlud günü keçirilirdi. Təsəvvür edin ki, bunun qarşısını alıb qəsəbədə yenidən çaxnaşma salmaq istəyən qüvvələr ortaya çıxdı”.

Hafiz Hacıyevin sözlərinə görə, kənd təsərrüfatı naziri İlham Əliyevə yalan danışır:

“Bu gün ölkədə kənd təsərrüfatı sahəsi iflic olub. Nazir İlham Əliyevlə görüşdə prezidentə xaricdə hazırlanan alma, kartof, armud, apelsini göstərib deyir ki, bunlar ölkədə istehsal olunur. Halbuki gözünün içinə qədər yalan danışır. Təsəvvür edin ki, Qubada almanı heyvanların qabağına tökürlər, amma gedib xaricdən ölkəyə alma gətirib 2-3 manata satırlar. Nəyə görə kəndçi məhsulunu bazara çıxara bilmir? Bu xalqa, prezidentə xəyanət deyil, bəs nədir? Hərəsi yanına bir dostunu , qohumunu çəkib monopilya yaradıb. Prezidentə imkan verilmir ki, kadr islahatları həyayat keçirilsin. Prezidentin ətrafı ona yalan danışır. Mən bu gün danışıramsa bu o deməkdir ki, Azərbaycanın hər qarışından, hər bölgəsindən xəbardaram. Bizim rayonlarda nümayəndələrimiz, partiyamızda analiz mərkəzimiz var. Bütün hadidsələri müzakirə edib bəyanatlar səsləndirirəm. Bu gün dediklərimiz, təkliflərimiz həyata keçirsə bu o deməkdir ki, doğru yoldayıq, nə mən, nə də partiyam bu yoldan bir addım geri çəkiləcək. Düşünürəm ki, prezident 5-ci kolonnun kökünü kəsməli, Qərb, ABŞ-la əməkdaşlığını daha da gücləndirməlidir. Biz partiya olaraq hər zaman onun yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın”. (moderator.az)