backend

Yusif Mustafayevi tok vurdu -15 saat komada qaldı

Yusif Mustafayevi tok vurdu -15 saat komada qaldı

Müğənni Yusif Mustafayevi tok vurub

Politika.Az moderator.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində bildirib. Y.Mustafayev bildirib ki, 15 saat komada qalıb:

“1981-ci ildə məclislərin birində məni tok vurdu. Məclisə getmişdim və mikrofonun naqilini yoxlayanda məni elektrik cərəyanı vurdu. O mənim qismətim idi. Bu yaşa gəlmişəm, həyatda bir düşmənim belə yoxdur. Hamıya can deyib, can eşidirəm. O zaman sənətdə irəliləyən zamanda başıma bu hadisə gəldi. Cərəyan qanıma keçmişdi. 15 saat komada qaldım. Gözümü açanda başımın üstündə atamı gördüm. Soruşdum ki, ata mən haradayam?"