backend

Elnarə Abdullayevaya qadağa qoyuldu - Danışa bilməz

Elnarə Abdullayevaya qadağa qoyuldu - Danışa bilməz
Əməkdar artist Elnarə Abdullayevanın danışmasına qadağa qoyulub

Bu barədə sənətkarın bacısı oğlu məlumat verib. Onun sözlərinə görə, 3 günlük gərgin konsertdən sonra həkim E.Abdullayevaya danışmağa icazə vermir: “Elnarə xanım hazırda istirahət edir. Telefonlarına biz cavab veririk. Səhər yenə həkimə getmişdi. Həkim ona danışmağa icazə vermir. Səs telləri qorunur və müalicə olunur. Bu həftənin sonuna kimi Elnarə xanım telefonlara özü cavab verməyəcək”.

Xatırladaq ki, E.Abdullayeva Heydər Əliyev adına sarayda 3 günlük konsert proqramı ilə çıxış edib.(aznews.az)