backend

Nazir və ailəsi təyyarə qəzasında öldü

Nazir və ailəsi təyyarə qəzasında öldü


Kanadanın Madlen adalarında kiçik mühərrikli təyyarə əlverişsiz hava şəraitinə görə yerə çırpılıb.
AzVision.az xəbər verir ki, nəticədə 6 nəfər həlak olub. Təyyarədə ümumlikdə 7 nəfər olub. Sağ qalan bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Kanada polisinin araşdırmasından sonra məlum olub ki, təyyarə qəzasında ölənlər sabiq nəqliyyat naziri Jan Lapyer, həyat yoldaşı və digər ailə üzvüləridir. Baş nazir Castin Trüdo faciə ilə əlaqədar başsağlığı verib.