backend

Qərb yeni müxalifət yaratmağa başlayıb - təfsilat

Qərb yeni müxalifət yaratmağa başlayıb - təfsilat

Azərbaycanın «ana müxalifət» partiyalarına güvənsizlik var, yeni siyasi qüvvənin başına kimin keçəcəyi sirr olaraq qalır

Azərbaycan hakimiyyəti ilə Qərb arasında xeyli müddətdir davam edən «soyuq müharibə» hələ də başa çatmayıb. Rəsmi Bakının Vaşinqton və Brüsselə təhdid dolu mesajlar göndərməsinə rəğmən, hələlik tutarlı cavab almayıb. Daha doğrusu, Azərbaycan hakimiyyəti hələlik Qərbdən hər hansı bir tərs münasibət görməyib.

Təbii ki, bu o anlama gəlməz ki, Qərb Azərbaycana bir şey etməyəcək. Əksinə, qərbin sakit dayanmasının konkret səbəbləri var və konkret vaxt gözləyirlər. Məsələ belədir ki, istər ABŞ, istərsə AB-nin Bakıyala bağlı konkret planlarının olduğu istisna deyil. Həmin planlardan birinin Azərbaycanda yeni müxalifət partiyası yaratmaqdan ibarət olduğu deyilir.

Politika.Az xəbər verir ki, Qərbin siyasi dairələri artıq Azərbaycanın ana müxalifəti olaraq tanınan partiyalarının nə perspektivinə, nə də özlərinə güvənmir. Belə ki, AXCP və Müsavatın zaman içində zəifləməsi, bacarıqsızlığı, əsasən başlarının intriqalara qarışması Qərb tərəfindən diqqətlə izlənildikdən sonra onlardan imtina olunub. Bu gün Bakıda və ya başqa bir yerdə bu partiyaların rəsmiləri və ya rəhbərləriylə hər hansı bir görüş keçirilirsə, burada məqsəd onlara etimad göstərmək yox, əsas planı diqqət mərkəzindən uzaq tutmaqdır.

Gələn xəbərlərdən belə başa düşülür ki, Qərbin Azərbaycanda yeni siyasi partiya yaratmaq niyyəti onun gələcək planlarına hesablanıb. Həmin plana əsasən yaradılacaq partiya sonradan hərəkata çevriləcək. Düşüncə ondan ibarətdir ki, Azərbaycanda tezliklə sosial zəmində proseslər və etirazlar start götürəcək, insanlar küçələrə çıxacaqlar. Bu zaman prosesi hazırkı müxalifətin idarə edə bilməsi mümkünsüz görünür. Ona görə də, yeni yaradılan siyasi partiya təşəbbüsü ələ alaraq, prosesi nəzarətinə almalıdır. Bunu da Qərbin maliyyələşdirdiyi partiya həyata keçirəcək.

Politika.Az-a çatan bilgilərdə vurğulanır ki, həmin partiyanın hazırlanması prosesi başa çatmaq üzrədir. Onun elan edilməsi isə aprelin sonlarına təsadüf etməlidir. Güman edilir ki, bütün təşkilatı işlər aprelin ortalarına qədər yekunlaşacaq. Partiyaya kimin rəhbərlik edəcəyi məsələsi isə açıq qalıb. Daha doğrusu, bununla bağlı heç bir məlumat verilmiR.