Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Baş Prokurorluq

gundem 31-03-2016, 23:16
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Baş Prokurorluq

"Muğanbank”ın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, "Muğanbank” ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı "Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

qaynarxett.az
Oxunub: 872
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10