backend

“Sxodka”da azərbaycanlı meyxanaçılar da saxlanılıb - VİDEO

“Sxodka”da azərbaycanlı meyxanaçılar da saxlanılıb - VİDEO
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının saxlanılması ilə bağlı yeni təfərrüatlar məlum olub.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində sözün həqiqi mənasında kriminal “sxodka” keçirilirmiş. Söhbət ondan gedir ki, tanımış azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Dünən isə Ağayarın ad günü imiş. Ağayev ad günün təntənəli keçirmək üçün Bakıdan belə qonaqlar dəvət edib. Bu sırada Ehtiram və İntiqam Rüstəmov qardaşları, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub. Saxlanılar arasında onlar da var.

Saxlanılanların bir qrupunun adı sizlərə heç nə deməsə də, amma tutduqları mövqe olduqca ilgincdir. Onların arasında olan Zaur Həsənov, Əhliman Əliyev adlı şəxslər Rusiya Dumasının sədr müavini və Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsiknin necə deyərlər, pul yığanları imiş. Söhbət ondan gedir ki, bu şəxslər Yekaterinburqdakı əksər meyvə-tərəvəz bazalarından, ora girən yük maşınlarından haqq alırlar. Həmyerlilərimiz bir növ briqadir rolunu yerinə yetirirlər. Bu pullar isə Jirinovskinin adıgedən şəhərdəki nümayəndəsi İvan Obuxova çatırmış.


qaynarxett.az