backend

Füzulidə məmur qohumu rəisi döydü - ÖZƏL

Füzulidə məmur qohumu rəisi döydü - ÖZƏL
Alı Alıyevin müavininin bacısı oğlu DYP rəisini otağında vurub

Füzuli rayonunda daha bir qalmaqal baş verib

Politika.az xəbər verir ki, bu dəfə qalmaqala səbəb olan şəxs rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanovun bacısı oğlu olub.

Məlumatda deyilir ki, Aslanovun «aslan» kimi bacısı oğlu Füzuli rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisini şil-küt edib. Sayt davaya nəyəin səbəb olduğu barədə bilgi verməyib, lakin məsələni araşdırdığını yazıb.

Politika.Az xəbər verir ki, rəislə bacıoğlu arasındakı münaqişəyə səbəb onun maşınının saxlanılması olub. İddialara görə, müavinin qohumu rayonda yüksək sürətlə maşın sürdüyü üçün saxlanılıb. Lakin o, bununla barışmayıb. Ardından Füzuli Polis Şöbəsinə gəlib və DYP rəisinin otağına girib. Elə mübahisə də burada davaya çevrilib.

Məsələ ilə bağlı dəqiqləşdirmələr aparılır. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə məmurları xəbərdar edib ki, onların özləri, övladları, hətta yaxın qohumları qudurğanlıq, qanunsuzluq edərlərsə, təkcə bu əməli törədənlər deyil, eyni zamanda, məmurlar da cəzalandırılacaqlar. İndiyə qədər bir neçə yüksək çinli məmur məhz övladlarının özbaşınalığı və qudurğanlığı üzündən vəzifəsindən çıxarılıb.