backend

Azərbaycanda DƏHŞƏT: Ata azyaşlı oğlunu döyərək öldürdü

Azərbaycanda DƏHŞƏT: Ata azyaşlı oğlunu döyərək öldürdü

Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub.

Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər.

Anası və nənəsi uşağın atası tərəfindən döyülərək öldürlüdüyünü bildiriblər. Dərhal Polis Şöbəsinə məlumat verilib.

Hazırda hüquq mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparırlar.