backend

Ərim puldan ötəri məni yad kişiylə qalmağa məcbur edir!-ŞOK OLAY

Ərim puldan ötəri məni yad kişiylə qalmağa məcbur edir!-ŞOK OLAY
Qarşılaşdığım bir hadisəni,bir qadın taleyini hekayə şəklində sizə təqdim edirəm.Qadının sözlərini eyni ilə yazdığım üçün bəzi ifadələrə görə üzürlü hesab edin.

Ərim puldan ötəri məni yad kişiylə qalmağa məcbur edir!

Dünən səhər saat 09:00-da evdən çıxıb işə gedirdim.Qonşu blokda olan bir gəlinin avtobusa doğru getdiyini gördüm.Lakin avtobusa minmək istəyərkən vazkeçdi və əlini gödəkçəsinin cibinə qoyub tələsik-tələsik getdiyi gördüm.Məndə öz-özümə dedim ki,ağılsıza bax avtobus biraz gəlgiyəcək deyə minmədi ki,guya taksiylə gedəcək.Bizim binanın önünə gələn avtobus həmişə 10 dəqiqə ərzində gözləyir çünki 5 ədəd 5 mərtəbəli binadır insanlar 5-ci mərtəbədən enincə gecikməsin deyə avtobusa.Sonra gördüm ki,bu gəlin binanın baş tərəfindəki səhər işə getmək istəyən kişi toplusunun içindən loru dildə desək yarıb keçdi.Mənim də acığım tutdu ki,həmin gəlinin əri də binanın önündə dayanıb heçnə demədi bu vəziyyətə.Siqaret çəkirdi.Sonra bu gəlinin ərinin qaçaraq arvadının arxasınca getdiyini gördüm.O an vəziyyəti təxmin etdim.Bu gəlin evdən qaçır elə ərindən də.Ona görə də əri bunu yaxalamasın deyə avtobusa minməyib qaçır.Birdə gördüm ki,əri qışqırır bu gəlinin adını ki,dayan.Birdən gəlinin daha sürətli qaçdığını gördüm.Ardından gəlin ərinə yüksək səslə "Nə var nədir?Onsuzda gedirəm çağırma” dedi.Əri isə dayan deyirəm sənə də dayan bir görüm.Bunların söhbətinin nə olduğunu axırının necə olduğunu bilmədim çünki işə getdim.

Səhəri gün bacımla, bacımın rəfiqəsinin uşağına ad günü hədiyyəsi almaq üçün işdən icazə aldım avtobusda idim bacım biraz gecikirdi.Elə avtobusa minən kimi bu gəlinin mənə gülmsəyərək salam verdiyini gördüm və bu əla oldu.Öndə isə bir kişi əyləşmişdi.Kim olduğunu bilmədim.Hərkimdirsə qonşudur dedim.Qulağında qulaqcıq avtousda radioda xəbərlər gedir dinləmir də. Bu gəlinin əyləşdiyi oturacağın arxasındakı oturacaqda əyləşdim və asdaca söhbətə başladım.Öndəkinin kim olduğunu bilmirdim oturacaq hündür idi deyə.

Sevinc:
-Sən Tanya xalanın gəlinisən hə?(Guya bilmirəm kimi sualı verdim halbuki bilirəm)

-Hə!

Sevinc:
-Adın nədir?

-Gülminaz.

-Təxmin elədim sən həmişə Tanya xalanın digər 2 gəlini ilə gəzirsən və bir dəfə alış-verişdən dönəndə qardaşım demişdi çünki kim olduğunu bilmirdim.

-Hə elədir.

Sevinc:
-Dünən deyəsən küsmüşdün,xətrinə dəymişdilər,nədən incimişdin?(gülümsəyərək soruçdum ki,inciməsin)

-Nə vaxt?Hə dünən səhər mən qaçanda deyirsən yoldaşım arxamca gələndə?Hə elədir.Əşiii nə olsun?Hə əsəblərimi tamamən oynatmışdı yoldaşım.Bilirsən artıq cana gəlmişəm.allaha and olsun, dünən dayanmadım haaa...Çıxıb getdim.O da zəng vurub böyük qaynıma, o gəldi danışdıq başa saldı ki, olmaz da əşii bir qələtdir eləyib 3 uşağınız var, sən onları düşün.Onların xatirinə dön, gəl.Yoxsa Vallah dönəsi deyildim.Dedim, cəhənnəmə kimi getsin böyütsün ,dönmürəm.Amma sonra nə bilim ee... ürəyim dözmədi döndüm ,gəldim.Yoxsa allaha and olsun, gedib səhəri günü Məhkəməyə verib boşanıb canımı qurtaracaqdım bundan.Canı çıxsın özü bilərdi gerisini.Nə bilimee beləsiylə yola getmək də olmur.Yaşamaq olmur bunun kimisiylə.Tamamən məhv olmuşam mənəvi də fiziki də.Elə boğuluram ki,psix olmaq dərəcəsinə çatmışam.

Sevinc:
-Aaaa niyə?Nə baş vermişdi ki,axı dünən?Bir başa sal görüm.

-Nə olsun ay qız bunu allah vursun bir qırılmışı var harın kişi gətirib evə qalır bizdə.Öz qohumudur evdən acıq eləyib gəlib, atıb arvad uşağını.

Sevinc:
-Necə yəni?Niyə sizdə qalır ki?Ailəsini niyə atıb ki?

-allah canın almış gəlib burda iş tapıb, işləyir deyə burda qalmalıdır kirayə ev lazımdır ,ərim də bizə gətirib.Ərim hər gün evdən saat 6-da çıxır gedir, guya işə, hardasa gününə pul qazanır o da canı çıxmış orda burda veyillənir gələndə də iş yoxdur deyir.Bu qohumu da səhər gec gedir işə kefinə gələndə, özüdə harın kişidir ,şorgözdür.Mən də evdə tək qalıram.Cavan gəlinəm.Mənim belə 3 uşaq anası olmağıma baxma, mən səninlə eyni yaşda olaram.Ərimi tanıyırsan da Samirdir.Onunla eyni yaşdayıq.Tez ərə getmişəm deyə 3 uşağım var.Bu vurulmuşun mənə çəkdirdiklərinin ucbatından bu cür yaşlanmışam.

Sevinc:
-Aha,hə bilirəm Samir mənim ortancıl bacımla bir sinifdə oxuyub.Bacımla biz məktəbdə oxuyurduq sənin yoldaşın 9-cu sinifdən çıxmışdı.Və ailə qurmuşdu.Bilirəm ki,yaşca balacasan məndən 2 yaş.

-Hə dəəə…Ərim gedir işə uşaqlar balaca, yatırlar.İşlərimi görürəm.Qadın xeylağıyam hamama girmək istəyirəm, tualetə girməliyəm.Qorxuram bu kişi evdədir deyə nə hamama nə tualetə girə bilmirəm.İnan ki,uşağımı da tualetə apara bilmirəm ya

da hamama keçib əlimi yuya bilmirəm qorxuram.Yeyir içir yatı,r kefiylə işə gedir.Baxma da cavan gəlinəm qorxuram nə olsun ki,deyək bu heçnə eləmədi mənə ata qardaş kimi oldu amma camaat var axı söz çıxaracaqlar adıma ki,Gülminaz evdə əri yoxdur yad kişiylə qalır.Daha deməyəcəklər ki,ərimin uru-turuğudur bu kişi.

Sevinc:
-Axı harda işləyir?Nə işləyir?Bizim şirkətdə işləyənlərin kənardan gələnlərin əksəriyyəti bu binalarda qalır.Bizim şirkətdə işləyir?

-Yoxee bu yeni x ……..x tikmirlər orda işləyir vurulmuş.Oranı da bilirsən də havaya görə gah iş olur gah yox.Buda çox vaxt evdə qalır fəhlədir də,ona görə.

Sevinc:
-Hə bildim də bəs niyə sizdə qalır axı kirayə o qədər ev var, lap istəsə elə həmin şirkətin verdiyi qalacaq yerlərində qalar gəlməsin də?

-Mən də bu başına daş düşmüş ərimə onu deyirəm də ki,Tanya mamagilin evi 3 otaqdır anan tək yaşayır deyirəm getsin orda qalsın camaat sabah söz edəcək.Üstəlik qorxuram.Amma ərim deyir ki,yox olmaz.Çünki,o bizdə qalır, nə olsun qohumdur ,kirayə ödəyir.Yeməyin içməyin pulunu da ayrıca ödəyir.Mən də işsizəm, mənə pul lazımdır.Sən də işləmirsən.Pula görə o kişiylə eyni evdə hər nə olursa olsun qalmağa yaşamağa məcbursan.Ya o kişiylə eyni evdə qal mənə hər ay pul gəlsin ondan ,ya da canın çıxsın işlə pul qazan mənə ver dolandırım sizi.

Sevinc:
-…….susdum.Ağlamaq tutdu məni.Boğula-boğula danışdım:

-Siz özünüz birtəhər yaşayırsınız o evdə çətinliklə dolanırsınız.Hər söylədiyində haqlısan, niyə gedib Tanya xalanın evində qalmır qaynananla danış de ki sizdə qalsın ,sən bizdə kirayəni də yarı bölək yada sən təkcə dolana bilirsən həm pensiyə həm də işləyirsən.Kirayə bizim olsun.Mən sənə baxaram de qal bizdə.

-Bu canı çıxmış qoymurda məni puldan ötəri yad kişiylə nolsun onun qohumdur mənim ki,qohumum deyil bir evdə qoyur gedir.Sən işləyirsən hə?Harda işləyirsən?Nə işləyirsən?

Sevinc
-Aha işləyirəm.Filan yerdə,filan vəzifədə.

-Sizdə iş olmaz hə?Mən iş axtarıram da ona görə.

Sevinc:
- Bizim şirkəti bilirsən də orda sənə görə çətin ki,ola çox təssüf edirəm qurban olum incimə.

-Yoxee niyə inciyim ki,sadəcə mənə iş lazımdır bəlkə şəhərin harasındasa biləsən?

Sevinc:
-İnan ki,maraqlanmamışam işdən vaxtım olmur.Amma maraqlanaram

-Yox bəlkə dedim evinizdə söhbət gedə ki,hardasa iş yeri var,işçi axtarırlar.Bilirsən mən əslində işləyirdim ərim məni işdən çıxartdı, indi də işlə, deyir.

Sevinc:
-Vallah, bizdə evdə çölün söhbəti getmir ona görə də yox.Yoldaşın niyə belə edir?Niyə dedi çıx?Aaa öncə deyir işləmə sonar deyir işlə pul qazan ,ver mənə.Doğurdan sən bəlkə iş tapasan onda ərindən o kişini evdən göndərməyi tələb edərsən.

-Hə də elə indi ona gedirəm.İş axtamağa.Daha öncə dedi ki,işlə mağazaya işə düzəldim 3-5 gün işlədim dedi ki,çıx işləmə.Ondan sonra dava saldı ki,bütün günü evdəsən işlə də,işə girdim yenə dedi çıx.Dünən də bilirsən də hava yağış yağdı iş yox idi o harın kişi də işə getməmişdi elə mənim səy ərim də.Bu başladı ki,heç ölmürsən bir yerdə düzgün işləmirsən işə girib çıxırsan gündə-gündə.Məndə dedim ki,bəs mən sənə sən məni hər dəfə işdən çıxmağa məcbur edəndə nə deyirdim etmə, camaat nə deyər demirdim?Deyəcəklər Gülminaz 3-5 gün bir yerdə işləyir qovurlar.Daha deməyəcəklər ki,sən çıxardırsan.İmkan ver də işləyim güc bəlayla iş tapıram sən də qoymursan burnumdan tökürsən qazancım da olmur.Mənə dedi ki, görürsən iş tapmaq çətindir məcbursan qohumumla eyni evdə yaşamağa o kirayəçi sən ev sahibi.Alışmalısan buna.Məndə lap əsəsbləşdim dalaşdıq evdən çıxıdım.Binanın önündə məni avtobusda yaxalayacaq deyə minmədim qaçdım.

-Bəs nə işi axtarırsan hardan iş tapacaqsan.Gedirik də görək şəhərdə düşüb ,qapı-qapı obyektləri gəzəcəm.Filan yeri istəmişdim dedilər boş yer yoxdur.

Sevinc:
-Vallah bura kiçik yerdir deyə iş yeri də azdır.Ancaq yeni açılan yerlərdə bəlkə iş ola.Nə işi istəyirsən?

-Nə bilim xadimə satıcı və bu kimi bənzər işlər.

Sevinc:
-Yeni filan Otel açıldı bəlkə orda olar.Həm maaşı da yüksəkdir.Xadimə,paltaryuyan və s.getmisən heç ora?Burda qonşulardan o sistemdə işləyənlər var soruş, iş yeri varsa get də.

-Ora hardadır?

Sevinc:
-Mərkəzdə filan banklar var o filan sığortanın yanında ora get.Güvənliyə de ki, iş üçün gəlmişəm kadr şöbəsi, yəni işə götürəna müraciət et, bəlkə şansına olar, olmasa digər Otellərə bax.

-Hara olursa olsun.Adamın gözü ancaq ayağının altını görəndən sonra Oteldə işləyər namusuyla.

Avtobus sürücüsü öndə oturanda dediki;-Alə,sən nöş səhər pul vermədən düşdün?Bu avtobsuduree qardaş şəhəraarsıdır pul yazır.Biz hər gün axşam haqq- hesab veririk.Kişi ol düşəndə pul ver.20 qəpik nədir onu da avtobusa verə bilmirsən.

Bacım gəldi.Mənə yavaşca pıçıldadı bu gözəl kimdir belə?Yəni bizim binada belə gözəl gəlinlər var?Bacıma dirsəyimlə vurdum.

Yolda avtobusun dayandığını gördüm əks tərəfə bir qadın gedirdi.Öndə əyləşən kişi qapını açdı və qışqırmağa başladı:

-Azzz hara gedirsən hıyy,nə itin azı burda?Hara ... bu yağışda ,bu leysanı görmürsən?

Qadının səsi zəif idi eşidə bilmədim nə dediyini.Ardından öndəki kişi davam elədi

-Diii cəhənnəm ol get gəlirk.Evdə heç kim yoxdur onsuz da.Uşaqlar da baxçadadır.Rədd ol.

Qapını bağladı avtobus yola davam elədi.Və kişi başladı sürücü ilə söhbətə:

-Sən öl özüm ölüm kefdiyee bunlar bu vaxtı bu yağışda piyada o boydana yolu basıb gəlir,hə, nə var?

Ardından qonşu Nicat yüksək səslə dedi:

-Sağ ollee özüm ölüm sənə halaldı mən səndən qorxdum.Bir adam ki,öz qayınanasına belə it,rədd ol sözü deyirsə halaldı Vallah.Taaa mənim sənə sözüm yoxdur.

Qəhqəhə ilə güldü…

- Əəə düz demirəm?-yenə güldü.

-Camaat öz anasına belə demir qorxudan, sən heç qayınanandan qorxmursanki.Arvadınla da beləsənsə qayınanan kimi ,arvadın da səndən qorxub susursa daha heçnə də.

Nicat bizə ailəcə yaxındır böyük qardaşım sayılır.Üzünə tərs-tərs baxdım və dedim:

-İstər anası istərsə də qayınanası, belə söz deməyə haqqı yoxdur.

Nicat susdu rəngi qaraldı hiss etdim ki,utandı.

Gəlin yolda birdaha ünvanı soruçanda bacım nə ünvanıdır ki, nə olub dedi?Heçnə dedim.Banka çatanda elə gəlinin də qapı qonşusu olan Nicat avtobusa dediki filan bankın önündə saxla düşüm pul alacam.

Gəlin birdə gördüm ki,yüksək səslə öndə əyləşən kişiyə dediki;

-Samir ədə ,düş də burda düşüməyək?

Öndən arxaya dönən bayaqdan mənim tanımadığım kişi sən demə bunun əriyimiş.Qulağında qulaqcıq var elə geyinib ki,oturacaq hündür olduğu üçün tanımadım.Buna görə də gəlin asta danışırmış.

Əri cavab verdi ki, yox lap şəhərin başında düşək gəzə-gəzə gələk harda iş olsa ora qədər gəzək.

Avtobusdan enən qonşu Nicat pul çıxartdı dedi ki,6 nəfər oldu burda yaxın qonşu 5 nəfərin pulu bu olsun 1 manat ,20 qəpik də Samir sən verərsən də.

Avtobus sürücsü də dedi ki,-Samirin hələ səhər də 20 qəpik borcu var.Hamı gülüşdü.

Biz bacımla mərkəzdə endik.Ər-arvad hara getdilər bilmədim sonu necə oldu bilmədim.

Sabahı gün işə gedərkən avtobusda oturmuşdum.Tanya xalanın digər bir gəlini öz balaca oğlu ilə avtobusa mindi.Bacım da mənimlə birlikdə idi kitabxanaya gedirdi.Mən dedim ki,avtobus sürücüsünə gedə bilərik işə gecikirik?Avtobusdakı gəlin dedi:

-Yox gözləyin Gülü gəlir.

Sevinc:
-Gülminaz axı getdi minmədi avtobusa.

-Yox Gülminaz mağazaya girdi indi gələcək birlikdə şəhər mərkəzinə gedəcik işlə bağlı.Ona görə bilirəm ki,getməz mütləq mağazadadır gələcək 2 dəqiqə gözləyək.

Sevinc:
-Baxın yoldaşı ordadır pəncərəni açıb yoldaşından soruçun da, gec gələcək?

Yoldaşı binanı önündə daynmışdı əlində telefon vardı ,telefonda nəsə edirdi.

-Yox əşi soruçmağa dəymir üzünü şeytan görsün.Qaynımdır amma deməyə məcburam.

Gülminaz gəldi avtobusun yanından keçdi getdi evə doğru.

Sevinc:
-Gülminaz sizin eltiniz getmir axı , baxın keçib gedir, çağırın da.

Gülminaz üzündəki əsəbi və xəcalət dolu ifadə ilə və tələsərək ərinə tərəf getdi.Əlində qara kent siqareti vardı,arvadının gəldiyini görən Samir ona tərəf tələsik addımlar atdı.Gülminaz əlindəki siqareti ərinə uzatı və nəsə deyib doluxsunmuş bir halda avtobusa mindi.Fikirli idi.

Eltisi nə olduğunu soruşdu.

-Heçnə, nə olsun,bu başına daş düşmüşdürdəə.Görmürsən səhər tezdən yuxudan durandan mənə tutub durub ki,get mənə siqaret al.Bu qaça -qaçda elə bil vacibdir.Görmür ki,bu itdən ötri iş axtarmağa gedirəm?

Gülminazın dünən əri ilə iş axtarmaq üçün getdiyi o bütün günü gəzdiklərinin nəticəsiz qaldığını anladım.İndi də eltisi ilə təkarar iş üçün getdiyini anladım

-Niyə özü gedib almir?Telefonda oyun oynadığına getsin alsın da

-Hə canı üçün, alacaq ,guya elə buna verən var.Bəs sən bilmirsən o qədər bu binaların ətrafındakı mağazalara borc eləyib, aldadıb, verməyib,o qədər boru var ki,bir zəhər siqret nədir onu da daha bu itə vermilər.Zəhər-zakkumu olsun İnşaallah.Buna heç kim heç nə vermir, yalançı olduğu üçün.Mənə deyir ki,get yeni açılan marketə orda satıcı qadındır, düzdür qonşud,amma özü öz işini bili də, bilirki buna verməyəcəklər ,mənə yalandan deyir ki,sən get al mən utanıram qadından siqret almağa.Mən də guya bilmirəm ki,dedim get o biri kişilər olan marketlərdən al.Üzünə vurdum ki,sənə heçkim vermir.Məni də öz gününə salma.Getdim Nabat xalanı da bilmirsən mağazaya girən kimi başlayır tutur söhbətə b.Mən də utanırdım deyəm ki,siqaret ver bizim bu başına daş düşmüşə.Bilmirdim söhbəti necə açım utanırdım,adama nə deyərlər ərinə siqaret alır arvad.Kişi deyiləm ki, girən kimi deyim mənə siqaret ver.Birtəhər elədim yaxşı ki bu avtobus var bunun getməyini bəhanə eləyib tez mənə bir siqaret ver dedim və alıb çıxdım.allah bunu yerə soxsun, xəcalətdən ölüb yerə girdim.İndi arxamca kişi bir arvada baxa bilmir arvad buna siqaret alır deyirlər.

Sonra başladılar başqa söhbətə hardansa zəng gəlməlidir telefon sönülü idi onu açdılar və.s Bu insanların taleyinin sonu necə olacaq bilmirəm.Nəsə yaxşı bir irəliləyiş olsa sizə şad xəbər yazacam.Ümidvaram ki, pis davam etdiyini deyil bir sonrakı dəfə yaxşı davamiyyətini sizlərlə paylaşaram

Qeyd:Xanıma ailə,həyat və haqqında biraz söhbət eldim o gün.Düzdür yaşca məndən 2 yaş böyük olsa da ağıl yaşda deyil ,başdadır deyib atalarımız.Söhbət elədim dinlədi.İnşaallah bir xeyri olar.Və ən əsası azadqadin.az haqqında dedim ki,sənin dərdindən problemindən də çox olan qadınlar var orda.Sənin bu vəziyyətini yazsam sənin üçün problem olmaz ki?İstəyirsən orda qeyd edim bu halı bəlkə kimdənsə nəsə ağıllı fikir çıxar necə deyərlər ağıl-ağıldan üstündür.Gülümsədim.Xanım isə cavabında;

-Niyə də yox.Qoy hərkəs bilsin ki,kişilər necə əclafıdr.Qoy kişilər bilsin ki,onların dinləmək başa düşmək istəmədikləri qadınların onlara demək istədikləri sözləri necə də vacibdir.Əksər kişilər ərlər öz arvadlarına qulaq asmaq istəmirlər amma biz qadınlar heç vaxt kişilərə boş-boş söhbətlr etmirik, nəsə lazımdır ki,deyirik.Nolar bir dəfə bizi dinləsəniz?!Ay kişilər pula görə arvadınızı qurban verməyin.Bizi dinləyin sizə başa salaq nə demək istədiyimizi onda bəlkə bizi anlayarsanız...