backend

Xankəndi şəhərində siçan deşiyi yoxdur...

Xankəndi şəhərində siçan deşiyi yoxdur...
Azərbaycan əsgəri düşmən səngərinə tərəf qətiyyətlə irəliləyir. Bu qətiyyəti yaradan inam və ədalətdir. Gücünə, qüvvəsinə, arxa dayağına, əsgər libaslı nazirinə olan inam və tarixi həqiqətlərə söykənən ədaləti bərpa etmək.

Azərbaycan əsgəri üçün müharibənin həll olunacaq bir düsturu var - özgənin torpaqlarında səngər qazanlar həmin səngərdə basdırılmalıdır. Bu düsturu həll etmək üçün kifayət qədər səriştəli hərbçilərimiz və qüdrətli ordumuz var. Amma... Bəli, bu məsələnin hal-hazırda başqa bir əmması var. Səngər qazan yağılar özlərinə qazdıqları bu quyuda tab gətirə bilmirlər. Əslində bu bir həqiqətdir ki, ermənilərin Qarabağda qazdıqları səngər yox, dərin bir quyudur. Nə etməli? Bu "məzlum" erməni toplusu quyusuz yaşaya bilmirlər. Elə hey qazırlar, qazırlar, bir də ayılırlar ki, quyunun dibindəki su artıq xirtdəyə dirənib.

"Məzlum" demişkən, bir məsələ də yadıma düşdü. Məlum son cəbhə hadisələrində ermənilərin bəzi rəsmiləri "kişi-kişi" danışmağa da başlayıb. Ermənistanın müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Fasebook səhifəsində əməlli başlı "kişilənib" ki, cəbhədəki vəziyyət Ermənistan ordusunun nəzarəti altındadır, belə vurduq, belə dağıtdıq...

Aydın məsələdir ki, oynamaq yaxşı şeydir, amma bir utanmaq məsələsi də var axı. Özünü hərbi bilici adlandıran bu binəvanın deyəsən Qarabağdan, ermənilərin qaçhaqaçından xəbəri yoxdur. Yaxşı, deyək ki, bunun Azərbaycana, Qarabağa gəlməyə, hadisələrin şahidi olmağa kişiliyi çatmır. Bəs burnundan bir metr aralıda, İrəvanda sadə insanlardan tutmuş məmurlara qədər hamının təşvişə düşməsini də görmür?

Ermənilər təşviş içindədir. Qarabağ sevdasının sonu olmadığı kimi ermənilərin bu təşvişinin sonu da görünmür. Yağılar təmas xəttindən Xankəndi tərəfə qaçırlar. Amma özləri kimi bu qaçış da yersizdir. Xankəndi şəhərində siçan deşiyi yoxdur. Özünüzə başqa yerdə deşik axtarın. Nəyi də bacarmasanız deşik məsələsində mahirsiniz...(modern.az)