backend

"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”

"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”
Nazaryan bildirb ki, Dağlıq Qarabağda könüllülərin səfərbərliyi aparılır.
“Şuşa boşalır, insanlar evlərini tərk edir”. Bu sözləri erməni jurnalist Şaqen Nazaryan Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə müsahibə verərkən deyib. “Dağlıq Qarabağda könüllülərin səfərbərliyi aparılır, mülki əhali isə tələsik evlərini tərk edir” – deyə jurnalist müsahibəsində bildirib

“Hazırda mən özüm Rusiyadayam, amma anam da daxil olmaqla bütün qohumlarım Qarabağdadır. Bu gün anamla danışmışam. O dedi ki, şəhərdə kişilər səfərbər edilir, evlər boşaldılır. Cənubda – Hadrutda isə qızğın döyüşlər gedir. Əgər vəziyyət dəyişməsə, qohumlarım uşaqları dəhliz vasitəsi ilə İrəvana gətirəcək” - deyə jurnalist əlavə edib.

Nazaryan onu da qeyd edib ki, xəstəxanalar yaralılara qan çatdırmaqda çətinlik çəkir.

Digər bir məlumatda isə erməni hərbçilər bölgədə baş verən döyüşlərdən təşvişə düşərək Dağlıq Qarabağı tərk etmək istəyən mülki vətəndaşların qarşısını almaq üçün yolları bağlayıb.
"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”
Məlumatlarda qeyd olunur ki, Əsgəran rayonunu tərk etmək istəyən əhalinin qarşısını almaq üçün erməni hərbi qüvvələri rayonun çıxışında postlar qurub.

Şəhəri tərk etmək istəyən əhali geri qaytarılır. Tabe olmayan mülki şəxlərə qarşı hətta zor tətbiq edildiyi də bildirilir.
"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”
Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb./qaynarxett.az/
"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”
"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”