backend

Cəbhədə baş verən döyüşlərin pərdəarxası məqamları

Cəbhədə baş verən döyüşlərin pərdəarxası məqamları
Azәrbaycan vә Ermәnistan qoşunlarının tәmas xәttindә atәşkәs növbәti dәfә pozuldu. Hәr iki tәrәf itkilәr
verdi – Rәsmi mәlumatlara görә, Azәrbaycan ordusunun 12, Ermәnistan silahlı qüvvәlәrinin isә 18 hәrbçisi
hәlak oldu. Rәsmi tәqsdiqlәnmәmiş informasiyalarda isә Azәrbaycanın 20 faiz әrazisini işğal edәn
Ermәnistan silahlı qüvvәlәrinin 200­dәn çox itki verdiyi bildirilir.
Son iki gündә Qarabağ cәhbәsindә fәal döyüş әmәliyyatlarının başlaması beynәlxalq tәşkilatları da narahat
edib. ?n yüksәk sәviyyәdә verilәn bәyanatlarda tәrәflәrә atәşkәsi bәrpa etmәyә çağırışlar edilib. Artıq
Azәrbaycan Müdafiә Nazirliyi beynәlxalq tәşkilatların tәkidli xahişlәrini nәzәrә alaraq, birtәrәfli şәkildә
atәşkәsi dayandırmaq barәdә qәrar qәbul edib. Bәyan edib ki, Ermәnistan silahlı qüvvәlәrinin tәxribatçı
fәaliyyәtlәrindәn әl çәkmәyәcәyi vә yaşayış mәntәqәlәrimizi, mövqelәrimizi tәkrarәn atәşә tutulmasını
davam etdirәcәyi tәqdirdә qoşunlarımız silahlanmada olan bütün vasitәlәrdәn istifadәyә mәhdudiyyәt
qoymadan düşmәni darmadağın edәrәk işğal altında olan torpaqların azad edilmәsi vә әrazi bütövlüyümüzün
tәmin olunması mәqsәdilә hücum әmәliyyatlarını davam etdirәcәk. Ermәnistan tәrәfi hәlәlik beynәlxalq
tәşkilatların cağırışlarına adekvat reaksiya vemәyib. Bu isә rәsmi Yerevanın tәcәvüzkar siyasәt yürütdüyünü
bir daha sübut etdi.
Qeyd edәk ki, Azәrbaycan vә Ermәnistan qoşunlarının tәmas xәttindә atәşkәs demәk olar hәr hәr gün
pozulur. Amma bu dәfә Ermәnistan silahlı qüvvәlәrinin işağl etdiklәri mövqelәrdәn Tәrtәr rayonun yaşayış
mәntәqәlәrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan vә artilleriya qurğularından intensiv atәşә tutması
nәticәsindә bir mülki vәtәndaşın ölümü, iki mülki şәxsin yaralanması ilә nәticәlәnmәsi Azәrbaycan ordusunu
adekvat cavab tәdbirlәri görmәyә mәcbur etdi. Ermәnistan silahlı qüvvәlәrinә sarsıdıcı zәrbәlәr endirildi,
düşmәnin әlә keçirdiyi 2 strateji yüksәklik Azәrbaycan silahlı qüvvәlәrinin nәzarәtinә keçdi.
Hәrbi ekspertlәr qoşunların tәmas xәttindә baş verәnlәri geniş miqyaslı hәrbi әmәliyyatlar kimi
qiymәtlәndirmir. Azәrbaycan müdafiә naziri Zakir Hәsәnovun dediyi kimi düşmәnin Azәrbaycanın dinc
әhalisini atәşә tutduğu nöqtәlәr darmadağın edilib vә hәmin әrazilәr nәzarәtә götürülüb. Azәrbaycan ordusu
hücum әmәliyyatlarını davam etdirsәydi, bunu bütün cәbhәboyu hәyata keçirәrdi vә işğal olunmuş әrazilәrin
qaytarılması üçün bütün vasitәlәrdәn yararlanardı. Çünki Ermәnistan silahlı qüvvәlәrinin müdafiә xәtti qısa
müddәt әzrindә Azәrbaycan ordusu tәrәfindәn sıradan çıxarılmışdı vә ermәni mediasının yazdığı kimi
Ermәnistan silahlı qüvvәlәrindә yaşanan ruh düşkünlüyündәn maksimum istifadә edilәrdi. Amma Azәrbaycan
AT?T­in Minsk qrupu qarşısında götürdüyü öhdәliklәrә sadiq qalaraq hücum әmәliyyatlarını dayandırdı.
Amma beynәlxalq hüquq rәsmi Bakıya işğal olunmuş bütün әrazilәrini Ermәnistan silahlı qüvvәlәrindәn azad
etmәk imkanı tanıyırdı. Azәrbaycan Ermәnistandan fәrqli olaraq növbәti dәfә münaqişәnin sülh yoluyla
hәllindә maraqlı olduğunu dünyaya nümayiş etdirdi. ?ks tәqdirdә isә hәrbi variantın qaçılmaz olduğunu
Ermәnistan vә dünya ictimaiyyәtinә göstәrmiş oldu.