backend

Sarkisyan Almaniyaya gedir

Sarkisyan Almaniyaya gedir
Ermənistan prezidenti Serj Sarkisyan 6-7 aprel tarixlərində Almaniyaya rəsmi səfər edəcək

Politika.Az xəbər verir ki, bu barədə çərşənbə axşamı erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sarkisyan səfər zamanı Almaniya prezidenti Yoahim Qauk, kansler Angela Merkel, Bundestaq rəhbəri Norbert Lammert, həmçinin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüş keçirəcək.

Ekspertlərin rəyinə görə, erməni dövlət başçısının səfər zamanı əsas danışıqlar mövzusu Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi olacaq.