backend

Qarabağda gərginlik Putinə lazım idi! - “”Sülhyaradıcı” rolunda təmas xəttinə ordu yerləşdirmək istəyir”

Qarabağda gərginlik Putinə lazım idi! - “”Sülhyaradıcı” rolunda təmas xəttinə ordu yerləşdirmək istəyir”
Azərbaycan və Ermənistan qoşunların təmas xəttindəki gərginlik, uzun illərdən sonra aktiv hərbi əməliyyatların bir neçə günlük olsa da, bərpa olunması dünya KİV-lərin diqqət mərkəzindədir. Rusiyalı politolq-publisist Andrey Piontkovski Ukraynanın “Apastrof” saytına müsahibəsində bildirib ki, Dağlıq Qarabağdakı münaqişənin gərginləşməsi, ilk növbədə Kremlə sərf edir

A.Piontkovski deyib: ”Putin indiki münaqişədə qarşıdurmanı qızışdırıb, sonradan “sülhyaradıcı” rolunda təmas xəttinə ordu yerləşdirilməsində maraqlıdır. Bu, həmçinin ona Gürcüstana nəzarət etməyə imkanı verəcək. Kremlin digər məqsədlərindən biri də, Qərbi daimi naraharçılıq vəziyyətində saxlayaraq, onlara xatırlatmaqdır ki, heç bir dünya problemi mənsiz həll oluna bilməz”.

Sayt qeyd edir ki, Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi xeyli qəribə görünür. Sırf hərbi baxımdan nə Azərbaycan, nə də Ermənistan qarşıdurmada maraqlı deyillər. Ermənistan müdafiə mövqeyindədir. Elə məhz bunun üçün Ermənistan Dağlıq Qarabağdan əlavə Azərbaycanın yeddi rayonunu da işğal edib ki, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməkdən ötrü müəyyən müdafiə xətti əldə etsin. Ona görə də, Azərbaycanın bu xətti yarması çətin olacaq.

Lakin hərbi-nöqteyi nəzərdən ermənilərin də, bu xəttdən irəliyə çıxması tamamilə mənasızdır. Çünki onların hərbi-siyası məqsədi Dağlıq Qarabağın ərazisinin təhlükəsizliyindən ibarətdir və bundan sonra torpaq işğalına iddia etmirlər.
Hərbi baxımdan pat vəziyyəti yaranıb

Müxtəlif KİV-lərin verdiyi məlumatlara əsasən, döyüşlərdə yüzlərlə insan ölüb. Belə ki, münaqişənin bu cür qızışdırılmasında maraqlı olan hansısa üçüncü tərəfi axtarmaq lazım deyil.


Qarabağda gərginlik Putinə lazım idi! - “”Sülhyaradıcı” rolunda təmas xəttinə ordu yerləşdirmək istəyir”







Rusiya mətbuatı yazır ki, bu, Türkiyənin “Böyük və dirçələn Rusiyaya” zərbə vurmaq üçün Ermənistana qarşı cəbhə açmasıdır. Məlumdur ki, Ermənistan Rusiyanın müttəfiqi hesab edilir, deməli, bu cəbhə həmçinin Rusiyaya qarşı da açılıb. Amma Azərbaycanın çox asanlıqla Ərdoğanın hər hansı bir ambisiyasına görə hərəkət edəcəyinə inanmaq çətindir.

Hər halda belə görünür ki, vəziyyətin gərginləşməsində daha çox Moskva maraqlıdır. Vladimir Putin böyük sülhyaradıcı kimi, artıq öz xidmətini təklif edib.

Bəli, o, Ukraynada “sülhyaradıcıdır”, Suriyada sülh yaradır, bəs, nəyə görə Cənubi Qafqazda sülh yaratmasın?

Həm də bu sülhyaradıcı missiya, ona açıq şəkildə imkan verəcək ki, gözlərini döyən Qərb dövlətlərinin razılığı ilə tərəfləri ayıran sərhəd xəttinə qoşun yeritsin.

Bu isə təkcə Azərbaycan və Ermənistan üzərində nəzarət yox, həmçinin Moskvanın Gürcüstan üzərində də nəzarəti demək olacaq. Belə olan halda Rusiya ordusunun Ermənistandakı Gümrü hərbi bazasına dəhliz açmaq məsələsi ortaya çıxır. Dəhliz isə Gürcüstan ərazisindən keçir.

Əgər xatırlayırsınızsa, hələ iki həftə öncə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasın belə bir ifadə işlətmişdi ki, Rusiyanın Gürcüstana münasibətdəki səbrinin bir həddi var. Gürcüstanda isə bu ilin sentyabrında parlament seçkiləri keçiriləcək. Bu seçkilər zamanı bir neçə il əvvəl Kremil tərəfindən dəstəklənən moskvalı oliqarx İvanişvilinin rəhbərlik etdiyi “Gürcütan arzusu” partiyasının məğlubiyyətini gözləmək olar.

Klassik səslənən – bu kimə lazımdır – sualına cavab verərkən, belə demək mümkündür ki, bu özünü böyük sülhyaradan kimi qələmə verən Putinə xeyirdir. Putinə, televizor ekranlarında “qlobal siyasi problemləri həll edən” kimi görünmək lazımdır.

Ukraynadakı mənzərə həyəcanvericilikdən çıxdı və Rusiya Suriyaya soxuldu. Suriyada iştahı doyurduqdan sonra isə, qərara alındı ki, eybi yoxdur, indi də Cənubi Qafqazda gəzinmək olar.

ABŞ münaqişənin kəskinləşməsi ilə bağlı öz narahatçılığını bildirib. Bircə qalır ki, Ukraynadakı hadislərdə olduğu kimi, daha dərin narahatçılığını bildirsin. Elə məhz Putinin əsas məqsədlərindən biri də, Qərbi daima narahat vəziyyətdə saxlamaq və problemlərin onsuz həll olunmasının mümkünsüzlüyünü sübut etməkdir. Həm də ki, əgər, bu problemlər onun özü tərəfindən yaradılıbsa.

qaynarxett.az