backend

GÖYCAYDA hərbi xidmətə yararlı gənclərimiz pul hesabına səfərbərlikdən yayınır

GÖYCAYDA hərbi xidmətə yararlı gənclərimiz pul hesabına səfərbərlikdən yayınır
Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı redaksiyamıza şikayət məktubu ünvanlanıb. Nəzərinizə çatdıraq ki, səhiyyə sistemində baş verən özbaşınalıqlar və bu kimi xoşagəlməz olaylarl hər zaman media gündəmini zəbt edib.

Göyçay rayonundan olan şikayətçi ünvanladığı məktubda bildirir ki, baş həkim Famil Zeynalov ,cərrah Famil Namazov travmotoloqlar Elman İbadov və Mərdalı Haciyev xəstənaxanı bazaar çevirib. Bütün bunlar birbaşa baş həkimin göstərişi əsasında öz həllini tapır. Şikayətçi daha sonar əlavə edir ki, Göyçay RMX-nın baş həkimi Famil Zeynalov neçə- neçə çinayətlər törədib.

Belə ki, hərbi xidmətə yararlı gənclərimizi pul hesabına səfərbərlikdən yayındırıb. Əldə etdiyimiz digər bir məlumata görə Göyçay rayonunda 1500-2000 nəfərə yaxın gənc tam sağlamolduğu halda baş həkim onları dolayısı yolla “yararsız” edib. Bu o deməkdir ki, vətənin belə bir ağır günündə F. Zeynalov vəzifə səlahiyyətindən sui istifadə edərək böyük qanun pozuntusuna yol verib. Əgər şikayət məktubu təsdiqini taparsa baş həkim və onun komandası ən ağır cəza ilə “mükafatlandırılacaq”.

Mirzəyev Nicat Raqub oglu, Qasimov Ruslan, Əfqan Qasimov, Fuad Qasimov, Quliyev Kamil Elşad oğlu, Rustəmov Rustəm İlqar oğlu, Orucov Faiq Yaşar oğlu, Yusifov Eldar İlqar oğlu, Hüseyinov Namik Bəhruz oğlu ve digerlerini qeyd etmək olar. Ruhi xəstə kimi yayindirdiqlari saglam gencler hər zaman vətənin ağır günlərində vətənə layiqli xidmət edəcəkdilər. Lakin şəxsi maraqlar və tamahlar muharibə dövründə hərbi xidmətə yaramayan ruhi xəstələrə Goyçay səhiyyəsi saglamliq haqqında arayış verib. “Təqdirəlayiq” addımdan istifadə edən şəxslər sürücülük vəsiqəsi almağa nail olublar.

Məsələ ilə bağlı Göyçay RİH-nın başçısı Mübariz Ağayevə və aidiyyəti qurumlara məsələnin araşdırılması üçün sorğular göndəriləcək. İnanırıq ki, səhiyyə sistemində baş verən qalmaqallı məsələ və təşkilatçılar öz layiqli cəzalarını alacaqlar. Araşdırmalarımız davam edir…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.