backend

Prezidentdən böyük jest - coxdan gözlənilən addım atıldı- SAD XƏBƏR

Prezidentdən böyük jest - coxdan gözlənilən addım atıldı- SAD XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncamda qeyd olunur ki, əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılsın.

Bu ayrılan vəsait hansı kateqroiyadan olan ailələrə ayrılacaq? Ümumiyyətlə, özünüməşğulluq nə deməkdir və necə təmin olunacaq?

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, bu addım imkansız əhalinin fərdi biznes və ya kənd təsərrüfatı ilə məşğulluğunun təmin edilməsi üçün atılıb: “Dünyanın bir çox ölkələrində belə bir təcrübə var ki, əhaliyə ünvanlı sosial yardım vermirlər, əvəzində əhali üçün şərait yaradırlar. Kimi heyvandarlıqla, kimi əkinçiliklə məşğul olur, kimi də mağaza açır. Yəni, ünvanlı sosial yardım alan insanlara yardım verilmir, onun əvəzində şərait yaradılır ki, daimi olaraq bu işlərlə məşğul olsun. Həm iş yeri açılır, həm həmin insan ailəsinin dolanması üçün vəsaiti özü əldə edir, həm də ələbaxımlıqdan əl çəkir. Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göyçayda belə bir pilot layihə həyata keçirilib. İndi də prezident tərəfindən belə bir sərəncam imzalanıb ki, bu, bütün rayonlarda həyata keçirilsin. Bu sərəncam çərçivəsində 1400 ailə özünüməşğulluqla təmin olunacaq. Onlar həm bacardıqları işlə məşğul olacaqlar, həm də dövlət yardımına olan ehtiyacları aradan qalxacaq. Bu, çox böyük məqsədlər daşıyan bir sərəncamdır və çox böyük əhəmiyyəti var. Bu sərəncam çərçivəsində əhaliyə müəyyən treninqlər keçirəcəklər, onları hazırlayıb bacardıqları bir sahədə özfəaliyyətlə təmin edəcəklər. Bu proqramda ekspertlər də işləyir”.

Vahid Əhmədov bu prosesin şəffaf keçəcəyinə inandığını da ifadə etdi: “Ailələr seçilərkən, baxacaqlar ki, kim nə qədər ünvanlı sosial yardım alır, ailədə neçə nəfərdir, onun dolanması üçün hansı şəraiti yaratmaq lazımdır və s. Bu təcrübə bir sıra xarici dövlətlərdə var və müsbət nəticələri çoxdur. Bu məsələdə şəffaflıq da təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birbaşa bu prosesə nəzarət edəcək. Bu proses artıq bir rayonda həyata keçirilib və müsbət nəticələnib. Lazım gəlsə, prosesin yoxlanması üçün Hesablama Palatası cəlb oluna bilər. Ancaq güman edirəm ki, buna ehtiyac olmayacaq. Çünki, nazir Səlim Müslümov ölkə başçısının göstərişi ilə çox ciddi şəkildə bu işlə məşğul olur”.

İqtisadçı ekspert Qadir İbrahimli isə bildirdi ki, bu sərəncam əmək qabiliyyətli əhalinin bir hissəsinin kiçik biznesə həvəsləndirilməsi, məşğulluğunun təmin edilməsi xarakteri daşıyır: “Bu, birbaşa olaraq ünvanlı sosial yardım alanlara aid deyil. Ünvanlı sosial yardım alanlar arasında elə kateqoriyalar var ki, əmək qabiliyyəti yoxdur. Bu insanların sosial yardımı davam edəcək. Ünvanlı sosial yardım alan elə insanlar da var ki, əmək qabiliyyətləri var, sadəcə iş imkanları yoxdur. Onlara kiçik biznes qurmaq imkanı yaradılacaq. Bütün ölkələrdə bu təcrübə var. Bu, əmək qabiliyyətli əhalinin məşğulluq probleminin həlli üçün ayrılmış vəsaitdir”.