backend

Əlixan Musayev ilahiyyatçı alimi ölümlə hədələyir

Əlixan Musayev ilahiyyatçı alimi ölümlə hədələyir
"Azərbaycanlı radikalların lideri kimi tanınmış Əlixan Musayev bu gün mənə Watsapla mesaj göndərdi və məni hədələdi ki, sənə başqa cür nəsihət etmək lazımdır. Onun da vaxtı var və yaxında görəcəksən"

Politika.Az xəbər verir ki, bunu açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov Azərbaycan hüquq-mühafizə orqanlarından xahiş edir ki, bu məsələni diqqətdə saxlasınlar: "Həyatım təhlükədədir və xahiş edirəm ki, buna qarşı tədbir görəsiniz. Mən ailəliyəm və iki qızım var. Radikal lider məni ölümlə hədələyir. Başıma bir hadisə gəlsə, ailəmə kim baxacaq?

Onu da qeyd edim ki, mətbuatda mən və Azərbaycanda tanınmış din alimlərinin-İlqar İsmayılzadənin (ilahiyyat elmləri doktoru), Samid Quliyevin (ilahiyyat üzrə fəlsəfə doktorantı, məscid axundu), Əli Rzazadənin (ilahiyyatçı, yazar), Atif İsmayılovun(ilahiyyatçı), İlkin Qayıbovun (ilahiyyatçı, məscid imamı) -Əlixan Musayevin Suriyada cihadla bağlı səs yazısına bəyanatımız yayınlanmışdı.(moderator.az)

qaynarxett.az