backend

İrəvandan Rusiyaya kəskin etiraz - AKSİYA - VİDEO

İrəvandan Rusiyaya kəskin etiraz - AKSİYA - VİDEO
İrəvanda bu dəqiqələrdə etiraz aksiyası keçirilir. qaynarxett.az"News.am"-a istinadən xəbər verir ki, Azadlıq meydanından başlayan aksiya Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatacaq. Aksiya iştirakçıları Rusiyanın Ermənistana dəstək verməməsi və Azərbaycana silah satmasına etiraz edirlər. Qeyd edək ki, bu gün Moskvada toplaşan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin nümayəndələri, o cümlədən inteqrasiyanın dərinləşməsi məsələsini müzakirə etməlidir. Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə keçirilən Aİİ Hökumətlərarası Şurasının toplantısında Ermənistanı Baş Nazir Hovik Abrahamyan təmsil edir. Bu görüş aprelin 8-də Yerevanda keçirilməli idi. Lakin Qarabağda vəziyyətin gərginləşməsilə bağlı Qazaxıstanın müraciətindən sonra o ertələnərək Moskvaya keçirildi. Bu addım İrəvanda təndiq və hətta görüşün boykotuna çağırışlarla müşayiət olundu. Hazırda Moskvada olan Baş Nazir Hovik Abrahamyan görüşün ləğvini “qeyri-məqbul” adlandırmışdı. Ekspertlər bildirirlər ki, Qarabağda fəallaşan qarşıdurma fonunda Ermənistanın görüşlə bağlı bəyanatları Aİİ-dən daha çox Rusiya-Ermənistan münasibətlərində yaşanan “yeni böhranla” bağlıdır. Politoloqlar bildirirlər ki, iki ölkə arasında gərginlik Qarabağdakı son vuruşmadan əvvəl də nəzərə çarpırdı. Həmin gərginlik əlamətlərinə ötən il Rusiyada xidmət edən əsgər tərəfindən erməni ailəsinin qətlə yetirilməsi ardınca baş verən etirazlar və Rusiya qazı ilə bağlı danışıqlar aid edilə bilər.