backend

MİT-dən ŞOK XƏBƏRDARLIQ: “Roma papasına qarşı terror aktı planlaşdırılır”

MİT-dən ŞOK XƏBƏRDARLIQ: “Roma papasına qarşı terror aktı planlaşdırılır”
Türkiyənin Milli Təhlükəsizlik Xidməti (MİT) İŞİD-in Qərbi Avropada planlaşdırdığı növbəti hədəfləri ilə bağlı Vatikan rəhbərliyini xəbərdar edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD yaxın vaxtlarda Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzi Vatikanda və Berlində terror aktları törətməyi planlaşdırır. Əldə edilən kəşfiyyat məlumatlarından Vatikan və Almaniya rəhbrəliyi xəbərdar edilib.

Bundan əlavə, İŞİD-in Vatikan və Almaniyada terror aktları törətmək üçün Suriyadan Türkiyəyə partladıcı maddələr keçirmək planı ifşa edilib.

MİT-in əldə etdiyi məlumata görə, yaxın zamanlarda təqribən 50 yaşlarında və 1.70 boylarında olan “Abu Talha” adlı İŞİD terrorçusu tərəfindən Suriyadan “C-4” partlayıcısı, əl bombaları və “intihar jiletləri” Türkiyənin Hatay vilayətinə gətiriləcək. Vasitəçi olacaq ikinci adam isə Muhsin Əhməd adlı bir şəxsdir.

Kəşfiyyat məlumatlarına görə, Qərbi Avropada terror aktı törətmək üçün Türkiyəyə gətiriləcək partlayıcı maddə və silahların hamısı Rusiya istehsalıdır.