backend

"Qızım deyir atama nifrət edirəm, çünki..." - Boşanan müğənni

"Qızım deyir atama nifrət edirəm, çünki..." - Boşanan müğənni
Bir neçə il öncə həyat yoldaşından boşanan müğənni İlahə İbadova şəxsi həyatından danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Bizimləsən" verilişində qonaq olan ifaçı bildirib ki, keçmiş həyat yoldaşı övladına aliment ödəmir: "Hər dəfə deyirəm ki, bu mövzunu bitirmişəm. Amma mövzu aliment məsələsi olduğuna görə verilişə gəlməyə razılıq verdim. Əslində, biz bunu məhkəmə yolu ilə həll edirik. Sadəcə, pulu, hələ ki, vermək istəmir. Uşağı görmək istəmir. Yəni vecinə deyil. Məhkəməyə gəlir, deyir ki, verəcəm, amma sonra səs-sorağı çıxmır. Hələ ki, proseslər belə davam edir. Bu yaxınlarda qızımla maşınla gedirdik, bir az düşündü, mənə dedi ki, "ay ana, bilirsən mən niyə ona nifrət edirəm? Çünki gəlib məni görmür".
"Qızım deyir atama nifrət edirəm, çünki..." - Boşanan müğənni