backend

Şahin Məmmədov Naibə xanımı nədən ösünə müavin secib?-SOK FAKTLAR

Şahin Məmmədov Naibə xanımı nədən ösünə müavin secib?-SOK FAKTLARAğcabədi sanki ölkı rəhbərliyinin nəzarətindən kənarda qalıb, yaxud cənab prezident icra başçısı Şahin Məmmədova hədsiz ixtiyar verib ki, o burada öz şahlığını yaratsın. Görünənlər, deyilənlər və müşahidələr mütləq mənada bu deyimin üzərində dayanmağımızı diqtə edir.

Belə deyilsə onda nədən bu məkanda baş verənlərə göz yumulur? Nədən Ağcabədi haqda kiv-də ardı-arası kəsilməyən yazılarla bağlı hər hansı araşdırma aparılmır? Nədən Ağcabədidə hansısa harın məmura gözün üstə qaşın var deyən tapılmır? Nədir bunun sirri? Yoxsa icra başçısı Şahin Məmmədovun sehirli çubuğu var ki, o çubuğu hərləməylə özünə qarşı olan münasibətləri dəyişə bilir? Yəni ölkədə elə bir rayon göstərmək olarmı ki,orada olan məmur özbaşnalığı, qudurğanlığı rayondakı mürcəte idarəetmə,antixalq fəaliyyəti Ağcabədidəki kimi olsun? Yaxud ölkədə elə bir rayon və icra başçısı tapmaq olarmı ki, başçının özü və komandası Şahin Məmmədov kimi vecsiz və məsuliyyətsiz olsunlar? Əlbəttə, bu olduqca müşkül məsələdir.Çünki Şahin Məmmədov və komandası antikvardır, əsl muzeyə qoyulası eksponatdırlar.

Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçünAzərbaycan Respublikası İcra Hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə ölkə rəhbərimiz ,Cənab prezidentimiz İlham Əliyev tərəfindən dəfələrlə ciddi tapşırıqlar verilib. -“Ölkəmizdə hər bir məmur, səlahiyyəti üzrə xalqın rifahı üçün çalışmalı, əhaliyə xidmət etməli, yaranan problemləri aradan qaldırılması üçün kömək etməlidir”.
Həmçinin ölkə rəhbərinin müvafiq qərarina əsasən İcra Hakimiyyətlərinə xanım müavinlər də təyin olundu. Etiraf edək ki, bu ölkəmizdə xanımlara olan diqqət və qayğıdan , müəyyən edilmiş iş qrafikinə əsasən çox uyğunverici kimi yüksək hörmətlə qarşılandı. Bir çox rayonlara səriştəli, iş təcrübəsi böyük olan xanım müavinlər təyin olundu. Ancaq Ağcabədi rayonuna “dayı “hesabına , maraqlı şəkildə təcrübəsiz xanım müavin gətirildi.
Hazırki dövrümüzdə bizə geniş iş təcrübəsi olan ziyalılara ehtiyacımız çoxdur. Amma bəzən elə yerdə elə vəzifədə elə təcrübəsiz kadr görürük ki....

Şahin Məmmədov Naibə xanımı nədən ösünə müavin secib?-SOK FAKTLAR

Məlumatımıza görə, bu günə kimi icra başçısının müavinlərini hay-küylü çıxışa və vəzifə istəyirəm deməyinə görə bu səviyyədə vəzifəyə sahib olmalarının şahidi olmamışdıq. Həmçinin rayon icra başçısı sadəcə tədbirdə çıxışa , əzbərdən söylənilən nitqə görə baxıb,məsul vəzifəyə işçi götürmürlər və müavin təyin etmirlər.
Ağcabədi rayonunda keçirilən tədbirə rayonun bütün idarə və müəssislərinin, ərazi icra nümayəndəlikləri və hətta bələdiyyələrin rəhbərləri, təhsil və mədəniyyət işçiləri qatılıb. Bəli,tədbirdə odlu-alovlu çıxış edən Naibə Mustafayevanın çıxışı görünür fərqli olub və icra başçısnın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilməsi ilə Şahin Məmmədovun qadın müavinlərinin sayı ikiyə yüksəlib. Naibə Mustafayeva özünün karyerasını necə deyərlər öz mahir bacarığı ilə qurub. Tapşırılma yolu ilə müavin təyin olub.
Özünə o qədər arxayın idi ki, birdən- birə Təhsil Şöbəsinin müdiri olmaq arzusu da vardı ürəyində. Ancaq bir çıxışla icra başçısının müavini ola biləcəyini bəlkədə düşünmürdü deyə, belə bu kimi mətbuatda məlumatlar, məqalələr dərc edilirdi.
Vəzifə, kürsü iddiası və həvəsi iş təcrübəsi az olan bir müəllimə üçün asanlıqla başa gəlib deyə mətbuatda gedən qərəzli dərgilərə heç fikir də vermirəm deyir, mətbuat , jurnalist “Dilənçidir” nə istəyirlər yazsınlar, heç nədən qorxmuram, deyə Naibə xanım çox qürələnir.
Qeyd edək ki, hal-hazırki vaxta qədər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini bəlkə də daha diqqətli və məsuliyyətli işin sahibi olmaqdan xəbərsizdir ki, mətbuatı və ölkə rəhbərinin mətbuata göstərdiyi diqqətdən və mətbuatın azadlığından bir o qədər artıq xəbərsizdir. Necə deyərlər, bu xanım müavin kreslosuna elə arxayın oturub ki, qarşısındakının kim olmasından asılı olmayaraq , gülür və rişxəndlə özünü kresloda arxayın göstərir.
Hər halda rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov öz səmərəli iş təcrübəsinə əsasən belə gənc xanım müavinə işinin məsuliyyətinin ciddiliyini tapşırıb. Amma Naibə xanımın kurasiyasındakı işlər də çox qarışıq və bərbad gündədir. Təhsilin səviyyəsi , təhsildə aparılan özbaşınalıq , rüşvət , məktəblərdən, direktorlardan tələb edilən haqq,şagirdlərdən yığılan məbləğlər birbaşa Naibə xanımın nəzarəti altındadır. Açıq-aşkar ölkənin qanun çərçivəsindən kənar işlərə yol verilir.
Ağcabədi rayon mərkəzi xəstəxanasındaSəhiyyə sistemi bərbad vəziyyətdə, həkimlərin pul almadıqları təqdirdə xəstələri qəbul belə etməmələri , tibbi arayışları 10 manatdan verməkləri , əlillərin , müharibə veteranlarının güzəştli müalicəsindən məhrum olmaları öz təsdiqini tapır. Özbaşınalıq , insanların sağlığı ilə sağlamlığı ilə bu qədər məsuliyyətsizliyə görəsən niyə göz yumulur?

Amma xanım müavin Naibə Mustafayeva artıq vəzifə başındadırsa , məsuliyyəti qoyub bir kənara. Bununla bağlı məsələ də gündəmdə yeni deyil. Gəlin etiraf edək ki, hər bir rayonda hər bir İcra aparatında xanım müavinlər var. Özü də səriştəli, təcrübəli, xoş rəftar , işini də bacarıqla yerinə yetirən xanım müavinlərimiz çoxdur. Hər halda cavanlıq iddiası ilə kəmhövsələ iddiası ilə bu ölkənin qanunlarina zidd getmək olmaz. Ağcabədi rayonundan mənbəmiz bu sahədə araşdırma apardı və bir neçə qalmaqallı məlumatların yayılması öz təsdiqini tapdı. Nəticə etibarıyla mənbəədən verilən məlumata görə Naibə Mustafayeva və İcra Başçısı Şahin Məmmədovla bağlı Ağcabədi rayonunun sakinlərinin şikayətləridə az deyil. Ən əsası isə xaricdən görünüşcə gülə-çiçəyə qərq olmuş İcra Aparatınin içərisi bərbad gündədir. Işinin məsuliyyətini , səmimiliyi, diqqətsizliyi bir yana qoyub icra aparatı daxilinə nəzər salaq. Necə deyərlər əvvəlcə evin içi, sonra çölü. Təmizliyə riayət edilmədiyini öz gözlərinizlə görün...


Şahin Məmmədov Naibə xanımı nədən ösünə müavin secib?-SOK FAKTLAR
Şahin Məmmədov Naibə xanımı nədən ösünə müavin secib?-SOK FAKTLAR
Şahin Məmmədov Naibə xanımı nədən ösünə müavin secib?-SOK FAKTLAR